“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində..." - Əli İnsanovdan açıqlamalar
01-12-2025 [16:52]
“Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunaraq istintaqa cəlb olunması barədə sosial şəbəkələrdə müzakirələr aparılmaqdadır. Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur və bu isə artıq dedi-qodu deyil”.
Mia.az xəbər verir ki, bu Ssözləri Haqq Ədalət Partiyasının (HƏP) sədri, sabiq nazr Əli İnsanov AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Feysbuk-dakı səhifəsində yazıb.
Ə.İnsanov bildirib ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer alıb: “Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilib. DTX-nin qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur. Odur ki, biz DTX-nin fəaliyyətini bəyənir və dəstəkləyirik”.
HƏP sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib: “Gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləyib, onlarla birlikdə dövlət çevrilişinə cəhd edib. Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX-nin istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmasına şübhə yeri qoymur.
Göründüyü kimi, bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP də daşımış olur.
Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi, ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zaman-zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən dövlətin vassalına çevirmək planı və arzusu bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir.
Ramiz Mehdiyevi və onunla birlikdə olanları Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanətə görə lənətləyirəm. Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımızı qalib Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram".
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər