ADPU-da süni intellekt və kitabxanalar mövzusunda tədbir keçirilib - FOTOLAR
01-12-2025 [15:50]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzində “Süni intellekt və kitabxanalar: Məktəbdən rəqəmsal gələcəyə” adlı elmi-maarifləndirici tədbir keçirilib.
Mia.az-ın məlumatına görə, Universitetin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova giriş sözündə bildirib ki, tədbirin keçirilməsində məqsəd universitet kitabxanası ilə məktəb kitabxanalarının qarşılıqlı əlaqələrinin qurulmasına töhfə vermək, şagirdlər və gənc oxucularda rəqəmsal savadlılıq, tənqidi düşüncə, süni intellekt, Aİ alətlərindən etik və səmərəli istifadə bacarığı formalaşdırmaqdır. Süni intellektin necə işlədiyini, gündəlik həyatda hansı sahələrdə istifadə olunduğunu bilmək zamanın tələbidir.
Zinharə Həsənova analoji mövzuda tadbirlərin gələcəkdə də təşkil olunacağını vurğulayıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib ki, müasir elmin, təhsilin və informasiya mühitinin inkişafında süni intellekt texnologiyalarından istifadə genişlənir. Rəqəmsal transformasiyanın sürətlə getdiyi üçün biz də zamanla ayaqlaşmalı, süni intellekt imkanlarından maksimum yararlanmağa çalışmalıyıq.
Rektor qeyd edib ki, informasiya resurslarının daha səmərəli idarə olunması, biliklərə çıxışın asanlaşdırılması və innovativ xidmətlərin genişləndirilməsi mühüm vəzifə kimi qarşımızda dayanır: “Süni intellekt üzrə yeni elmi yanaşmaların formalaşmasına hamılıqla töhfə verməliyik”.
ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, hər bir ali təhsil ocağının zəngin kitabxanaya ehtiyacı var. Onun sözlərinə görə, müasir dövrdə kitabxana dedikdə yalnız rəflərdəki bəzəkli kitablar nəzərdə tutulmur: “Müasir kitabxanalar ənənəvi kitablarla yanaşı, həm də süni intellekt texnologiyaları ilə də zənginləşir. Biblioqraflar rəqəmsal alətlər və süni intellekt texnologiyalarından istifadə edərək işlərinin səmərəliliyini artıra bilərlər. Dəqiqlik, sürət və fərdiləşdirmə imkanları baxımından bu çox vacibdir. Bu üsulla həm də kitabxana xidmətlərinin keyfiyyətini yüksəltmək mümkündür”.
Tədbirdə M.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Təhməzova, ADPU-nun İKT Mərkəzinin direktoru Fərhad Mirəliyev, Elektron resurs və elektron kataloqun təşkili şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxış edərək, süni intellektin növbəti onillikdə gündəlik həyata hərtərəfli inteqrasiya edəcəyini nəzərə alaraq universitet kitabxanalarının rəqəmsallaşdırılmasının önəmli olduğunu vurğulayıblar.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb