FƏRDİ SAHİBKARLARIN DİQQƏTİNƏ: məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş məbləğləri dəyişir - DETALLAR
28-11-2025 [11:18]
Azərbaycanda fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş məbləğləri dəyişir.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumatda xatırladılıb ki, fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir:
"Bundan irəli gələrək "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur.
Belə ki, mövcud qanuna əsasən, fərdi sahibkarlar özünə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 %-i, digər sahələrdə (yəni ticarət, iaşə, tərcümə, mühasibat və s. xidmət sahələri) 25 %-i qədər sosial sığorta haqqı ödəyir. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir (Bakı şəhərində 100 %, Sumqayıt və Gəncə şəhərlərində 90 %;, digər şəhərlərdə 80 %, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 %, kənd yerlərində 50 %).
Növbəti ildən qanunvericilikdə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artmalı idi. Lakin "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2 % dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15 %-i, yəni 60 manat, maksimum məbləğ həddi isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək.
Məsələn, Bakıda ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5 000 manat olan mikrosahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manat təşkil edirsə, qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox - 200 manat olacaq. Lakin təklif olunan yeni modellə, aylıq gəlirə 2 % dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı (100 manat) mövcud sosial sığorta yükü ilə eyni olacaq. Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək.
Paytaxtda xidmət sahəsində fəaliyyət göstərən aylıq gəliri 3 000 manat olan mikro sahibkar üzrə sosial sığorta haqqı 100 manatdan 60 manata enəcək. Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1 500 manat olan mikro sahibkarlar üzrə aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq məbləğ 60 manat təşkil edəcək.
Göründüyü kimi, gəlirdən asılı olmayaraq minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün aşağı düşməsi gözlənilir.
Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektinə aid olan fərdi sahibkarların 80 %-nin illik gəlirləri 60 000 manata qədər şəxslərdir.
Eyni zamanda, fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi deyil və onun pensiya kapitalına yığılmaqla gələcəkdə həmin şəxsə pensiya ödənilməsi üçün istifadə edilir".
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb