General məhkəməyə gələcək - Proses mediaya qapadılıb
26-11-2025 [14:29]
General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb.
Məlumata görə, hakim zərərçəkmiş şəxslərin istəyi ilə belə qərar qəbul edib.
Təqsirləndirilən kapitan Ayaz Bayramov özü prosesin media nümayəndələrinin iştirakı ilə keçirilməsini xahiş etsə də, zərərçəkmişlərin istəyi nəzərə alınıb.
Bu gün iclasda əsas zərərçəkmişlərdən biri – Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri, polkovnik-leytenant Yasin Muradov da ifadə verib. O və digər zərərçəkmiş Kəmalə Əliyeva jurnalistin zalda iştirakına qarşı çıxıb. Onlar təqsirləndirilən şəxsin külli miqdarda pullarını ələ keçirdiyini bildirərək bunu şəxsi məsələ kimi qiymətləndiriblər.
Prosesə sədrlik edən hakim jurnalistin zalda qalmasına icazə verməyərək əməkdaşımızı zaldan kənarlaşdırıb.
Prosesin tərəflərin qarşılıqlı ittihamları ilə gərgin keçdiyi, təqsirləndirilən şəxsin ona 200 min manatdan çox pul verdiyini deyən zərərçəkmiş Yasin Muradovla mübahisə etdiyini öyrəndik. Ayaz Bayramov yenə zərərçəkmişlərin Raul Zeynalovun sifarişi ilə danışdıqlarını deyib.
Əldə etdiyimiz digər məlumata görə, növbəti dəfə general Raul Zeynalov məhkəməyə çağırılacaq.
Qeyd edək ki, Kapitan Ayaz Bayramov Fövqəladə Hallar Nazirliyində işləyib. O, işlədiyi idarənin rəis müavini olmuş general Raul Zeynalov, idarənin daha iki zabiti və başqa 6 nəfərin 3 milyon manata yaxın pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Təqsirləndirilən şəxs bir neçə gün əvvəl saxlanıldığı istintaq təcridxanasından 28 vərəqlik məktub göndərmişdi. Kapitan həbsinə görə general Raul Zeynalovu günahlandırıb, onun general rütbəsinə və nazirliyin adına xələl gətirən hərəkətlərinə görə işdən qovulduğunu deyib(qafqainfo).
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər