Deputat Günay Ağamalıdan şok iddiaya reaksiya: "O videodakı qız mənim deyil" (FOTO, YENİLƏNİB)
26-11-2025 [15:41]
Deputat Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir. Deputatın Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olması səbəbindən videonun məzmunu və iddialar daha çox müzakirə edilib.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Günay Ağamalı yayılan görüntülərin saxta olduğunu bilirib.
Deputat qeyd edib ki, sosial mediada ailə üzvləri haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır:
“Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir”.
G.Ağamalının sözlərinə görə, videodakı qız onun övladı deyil: “Yayılan videodakı şəxs mənim övladım deyil. Bu, sifarişlə hazırlanmış qara piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir”.
“Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir. Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”.
***
Sosial şəbəkədə Milli Məclisin deputatı Günay Ağamalının qızı Nigar Həsənovaya aid olduğu iddia edilən görüntülər yayılıb.
Mia.az Lent.az-a istinadla xəbər verir ki, görüntüləri Şəfəq Ağacan adlı sosial media istifadəçisi yayıb.
O, Nigar Həsənovanın vücudundakı tatuları tənqid edib.
Videogörüntülərdə xanımın boynundakı xaç da sual yaradıb.
Sosial media istifadəçiləri deputatın qızının xristianlığı qəbul edib etmədiyini soruşublar. Məsələ ilə bağlı Lent.az Günay Ağamalı ilə əlaqə saxlamağa cəhd edib.
Deputat zənglərə cavab verməyib, "Whattsap" mesajından sonra isə nömrəni bloklayıb. Lent.az qızın səhifəsi ilə bağlı Tiktok-da araşdırma aparıb. Məlum olub ki, həmin səhifə bütün paylaşımlarını silib.
Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.
O, bundan əvvəl medianın diqqətinə atasının sədri olduğu Ana Vətən Partiyasındakı qalmaqalla gəlmişdi.
Günay Ağamalı qardaşı Elçin Ağamalı ilə partiya sədrliyi postu uğrunda mübarizə, daha sonra isə dava etmişdi.
Nəticədə AVP qurultayı "bacı və qardaş davası" kimi yadda qalmışdı.
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib