Naxçıvanda əkinlərin bəyan olunması üçün fermerlərə səyyar xidmət göstərilir
25-11-2025 [11:53]
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) fermerlərin əkin bəyanı prosesini sürətləndirmək və asanlaşdırmaq məqsədilə bölgələrdə səyyar xidmət həyata keçirir.
Naxçıvan KTN-dən Mia.az-a bildirilib ki, nazirliyin səyyar qrupları rayon və kəndlərdə fermerlərlə görüşərək əkin sahələrinin bəyan olunması, subsidiya qaydaları və Elektron Kənd Təsərrüfatı Sistemi barədə məlumat verir, həmçinin əkinlərin bəyan edilməsi ilə bağlı texniki dəstək göstərirlər.
Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fariz Şıxəliyev bildirib ki, səyyar xidmət fermerlərə həm vaxt qazandırır, həm də bəyanetmə zamanı yarana biləcək gecikmələrin qarşısını alır.
“Məqsədimiz hər bir fermerin dövlət dəstəyi tədbirlərindən problemsiz və tam şəkildə yararlanmasını təmin etməkdir,” – deyə o, qeyd edib.
Payızlıq əkinlərlə bağlı bəyanların qəbulu 30 dekabr tarixində başa çatacaq. Gecikmiş və ya düzgün aparılmamış bəyanlar fermerlərin əkin subsidiyası almaq hüququnun itirilməsinə səbəb ola bilər. Vaxtında və düzgün edilən bəyanlar isə monitorinqlərin operativ keçirilməsinə və subsidiyaların 2026-cı ilin əvvəlində ödənilməsinə imkan yaradacaq. Fermerlərə səyyar qrupların xidmətlərindən fəal şəkildə yararlanmaq tövsiyə edilir.
Qeyd edək ki, nazirlik muxtar respublikada aqrar sahənin rəqəmsallaşdırılması üzrə işləri davam etdirir. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya üçün tələb olunan avadanlıqların alınması məqsədilə açıq tender elan olunub. Sistemin 2026-cı ilin birinci rübündə istifadəyə verilməsi və subsidiya proseslərinin tam elektronlaşdırılması planlaşdırılır.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb