75 ildir sevilən sirli su SİRAB...
25-11-2025 [09:01]
Naxçıvanın mineral suları Azərbaycanın milli sərvəti olub, sözün əsl mənasında bu torpağın şöhrətini dünyaya tanıdan, onu sevdirən nemətlərdir.
Canlı həyatın, təmizliyin və sağlamlığın simvolu olan mineral sular, ümumilkdə, öz möcüzəsi ilə insanlara bəxş edilən İlahi nemət kimi min illər öncəsindən də istifadə olunan sirli müalicə vasitəsi kimi bu gün də tanınır, hasil olunduğu ölkələrin milli brendi olaraq şöhrət qazanır.
Naxçıvanda qaynayan və “Made in Azerbaijan” brendi altında qablaşdırılaraq satışa çıxarılan sirli su “Sirab” da yüzlərlə belə mineral sulardan biri kimi bu gün özünü dünyanın hər yerində tanıda bilib. 75 ildir ki, istehsalına başlanılmış “Sirab” suyu bəlkə də bilinməyən uzaq minillər ərzində bu qədər çox sevilməmiş, adının duyurmamışdır.
“Sirab”ı ölkəmizdə çox sevirlər.

Naxçıvan şəhərinin 14.6 kilometr şimal-şərqində, Babək rayonunun Sirab kəndi ərazsində çıxan bu su ziyalılar, tanınmış insanların doğulduğu kənd olan Sirabın, bütün sirablıların da fəxridir.
Su bu torpağın su yaddaşı kimi insanları doğma torpağa bağlayan, onların minillər ərzində burada məskunlaşmasına, adət-ənənələrinə, təsərrüfatına yön verib yaşadan tükənməz bir sərvət kimi gecə-gündüz çağlamaqla sanki, bir nəğmə kimi də hər kəsin dilində yaşadılır. Bununla da sirablilarin da fəxri olan bu ad məhz bu gun, 75 ildən sonra özünün “Ən sevilən su” tituluna qovuşmaqla süfrələri bəzəyir, toyların, məclislərin, rəsmi qəbulların yaraşığına çevrilir. Beləcə “Sirab” doğulduğu Sirabın, Naxçıvanın və bütün Azərbaycanın fəxrinə çevrilir.
Azərbaycanı yaxşı tanıyan səyyahlar yaxşı bilir ki, “Sirab”ı hər yerdə içirlər.

Bir stəkan Sirab suyunu içən turistlər isə onunla sanki, dağlarımızın nəfəsini, bulaqlarımızın saflığını da hiss edirlər. Gündəlik olaraq “Sirab” içmək, möhkəm orqanizmə sahib olmaq, artıq çəkidən azad qurtulmaq, xəstəliklərə qarşı immunitet, yaşlanmağa qarşı inad qazanmaq deməkdir. Bu premium suyun zəngin mineral tərkibi insan sağlamlığı üçün olduqca faydalı olub həm müalicə və həm də gündəlik süfrə məqsədilə istifadə edilir.
Türkiyə, Rusiya, Gürcüstan, Belarus, Qazaxıstan, ABŞ, Ərəb ölkələri, Estoniya, Litva kimi ölkələrə ixrac olunan Sirab müvafiq sertifikat alaraq Avropa Birliyi bazarına da çıxarılıb.

1950-ci ildən istehsalına başlanılmış, böyük bir tarixi yol keçmiş, “Sirab” hazirda qazlı və qazsız olmaqla 25 çeşiddə satışa çıxarılır və suyun illik istehsal güçü 8 saatlıq iş rejimində 140 milyon litrdir. ISO sertifikatlı “Sirab” beynəlxalq qida məhsulları sərgilərində qızıl medallar almış, müxtəlif illərdə ölkəmizdə “ilin brendi” və “ilin ixracatçısı” mükafatlarını da qazanmışdır.
75 yaşlı “Sirab” tanınmış mineral su brendi olmaqla yanaşı, həm də ölkəmizin sosial-iqtisadi həyatının bir hissəsi olub, yüzlərlə insanın evinə çörək pulu apardığı bir fəaliyyət sahəsidir.

“Sirab”ın istehsal, anbarlama, nəqliyyat-logistika, marketinq, reklam, sərgi və ticarəti ilə məşğul olan çox sayda işçi və mütəxəssislər, eləcə də keyfiyyətə nəzarət və menecment sahəsinə məsul şəxslər üçün bu su həm də innovativ təcrübə məktəbi olub, həm də tanınmış əmtəə nişanı kimi inkişaf strategiyası deməkdir.
“Sirab”da çalışanlar yaxşı bilirlər ki, “Sirab”ı inkişaf etdirmək ölkəmizi inkişaf etdirmək, “Sirab”ı daha da tanıtmaq ölkəmizi dahı da tanıtmaq deməkdir. Məhz bu missiya bu gün “Sirab”ı bir kommersiya layhəsindən daha çox, özünü cəmiyyətin sosial-iqtsadi və mədəni həyatın uğurla diffuziya etdirmiş yaddaqalan markaya, kütləvi mədəni tədbirlərin, elmi toplantıların, uğurlu publisistik nəşrlərin, məclislərin sevilən sponsoruna çevirmişdir. Beləcə “Sirab”ı təkcə mətbəxdə deyil, sosial həyatımızın hər yerində görmək bir adət halına gəlmiş, bu su ən müxtəlif fəaliyyət sahələri üzrə insanların bir növ rekvizitinə də çevrilmişdir.
“Sirab”ın bu gün ən uğurlu missiyası onun qonaqpərvərliyidir. Son illərdə “Sirab” ölkəmizin digər uğurlu su brendləri “Badamlı” və “İstisu” ilə birlikdə rəsmi qəbullarda, dövlət ziyafətləri və beynəlxalq tədbirlərdə ali qonaqlara təqdim olunan bir simvol kimi də göz oxşayır.

Dövlət başçımızın rəsmi qəbullarında ali qonaqlara təklif olunan bu sularımız həm də diplomatik bir mesaj kimi Azərbaycanı da simvolizə etməklə sanki, ölkəmizin təbiətinə və tarixinə də qısa bələdçilk edir, Bakıdan Qarabağa, oradan da Naxçıvana qədər bütün Azərbaycanın nə qədər zəngin təbiətə və qonaqpərvərliyə sahib olduğunu tanıdır.
Hər damlasında həyat olan “Sirab” suyu həm də yaxşı yol yoldaşı, sir saxlayan etibarlı dostdur. Uzaq ölkələrə səyahətə çıxanda çantasında özü ilə “Sirab” suyu götürənlər yaxşı xatırlayırlar ki, hardasa əziz həmvətənləri ilə rastlaşanda masaya qoyduğunuz bir “Sirab” suyu əslində, sonradan qazandığınız uğur hekayənizin də başlanğıcı olmuşdur.

Odur ki, “Sirab”ı Vətənimizdən uzaqlarda da içdiyimizdə o bizə həm də bütöv, daha güclü Azərbaycanın parlaq Günəşini, torpağının isti nəfəsini bir daha yaşadacaq, ürəyinizə sərinlik, qolunuza qüvvət, zehninizə açıqlıq gətirəcək sehrli güc olacaq. Bu, “Sirab”ın dostları ilə öz sirli dünyasını paylaşdığı bir xatirə kimi daim yaşayacaq, ən sevilən suyun yüzillik uğur hekayəsinə dönəcək.
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər