"Fitch" SOCAR-la bağlı rəyini açıqlayıb
24-11-2025 [17:06]
Bu ilin noyabr ayında "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bu agentlik tərəfindən ilk dəfə Ətraf mühit, Sosial və İdarəetmə (ESG) reytinqi təqdim edib və şirkətin ümumi göstəricisini "3" səviyyəsində qiymətləndirib.
Mia.az SOCAR-a istinadla xəbər verir ki, bu nəticə SOCAR-ın ESG istiqamətləri üzrə sabit və yetkin fəaliyyətini əks etdirir, həmçinin şirkətin güclü risklərin idarəedilməsi bacarığına əlavə olaraq emissiyaların azaldılması hədəflərini ətraf mühitə təsir, müxtəliflik və idarəetmədə şəffaflıq sahələrində də mövcud çağırışlarla balanslaşdırmaq bacarığını nümayiş etdirir.
Şirkətin dekarbonizasiya hədəfləri, sosial profilinin sabitliyi və effektiv risklərin idarəetmə sistemi reytinqin verilməsində əsas amillər kimi qeyd olunub. Bununla yanaşı, SOCAR-ın beynəlxalq ESG hesabatlılığına inteqrasiya prosesi reytinqin alınmasına müsbət təsir göstərən əsas məqamlardandır. "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyinin bu qiymətləndirməsi SOCAR-ın dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri və şirkətin uzunmüddətli strateji hədəflərinin beynəlxalq investorların gözləntiləri ilə uyğunluğunu əks etdirir.
Xatırladaq ki, SOCAR ötən il öz ESG hədəflərinə sadiqliyini nümayiş etdirərək "MSCI" Beynəlxalq Reytinq Agentliyi tərəfindən Xəzər regionunda BBB səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub.
Eyni zamanda, neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi SOCAR-ın tarixində ilk dəfə olaraq iki investisiya oluna bilən kredit reytinq ("Fitch" reytinq agentliyindən "BBB-" və "Moody`s" reytinq agentliyindən "Baa3") dərəcəsi əldə etməsinə təkan verib.
Qeyd edək ki, "Sustainable Fitch Ratings" qlobal səviyyədə bütün aktiv bazarlara Ekoloji, Sosial və İdarəetmə (ESG) göstəricilərinin qiymətləndirilməsi üçün həll təqdim edir və beynəlxalq maliyyə bazarlarında daha dəqiq və məlumatlı qərarlar qəbul edilməsində kömək edir.
"Sustainable Fitch Ratings" təşkilatın ekoloji və sosial amilləri öz biznesinə, strategiyasına və idarəetməsinə inteqrasiya etmə səviyyəsini, eləcə də ümumi fəaliyyətini, öhdəliklərini və idarəetmə effektivliyini qiymətləndirir. Reytinqlər "1"-dən "5"-ə qədər şkala üzrə təqdim olunur (burada "1" ən yüksək, "5" isə ən aşağı göstəricidir).
"Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyi-nin tam açıqlaması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb