Komitə sədri: “Mikayıl Cabbarovun o qədər vəzifəsi var ki..." - "SOCAR-da biabırçı şəkildə işsizlərin sayı artır..."
21-11-2025 [12:49]
Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşa dair müzakirələrdə açıqlamasına görə tənqid edilənlərdən biri iqtisadiyyat naziri Mikayıl Cabbarov olub. Nazirin “2019-cu il yanvarın 1-dən 2025-ci il noyabrın 1-dək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb” açıqlaması ictimaiyyəti narazı salıb. Bu rəqəmin real olmadığı, ölkədə kütləvi ixtisarlar getdiyi bildirilib.
Mia.az xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Pravda.az-a açıqlamasında Mikayıl Cabbarovu sərt tənqid edib.

MİRVARİ QƏHRƏMANLI
“Mikayıl Cabbarovun o qədər vəzifəsi var ki, yəqin, bəzən rəqəmləri dəqiqləşdirməkdə çətinlik çəkir. İş yerləri ilə əlaqədar açıqlamasına ən çox əsəbləşənlərdən biri mən oldum. Bilirsiniz ki, ölkənin hasilat sənayesində kütləvi ixtisarlar gedir, ancaq bunu "yenidənqurma", "sağlamlaşdırma", "optimallaşdırma" adlandırırlar. Nəticə isə xeyli sayda insanın hüquqları pozulur. Hətta bunu "psixoloji terror" adlandırıram. Çünki yaşlı insanları xəcalət qarşısında qoyur - ya təqaüd yaşına çatanda işdən get, ya da imtahan ver. Soruşdum, bir nəfər dedi ki, imtahan məni narahat etmir, sadəcə, mənə qarşı olan hörmətsizlik, balaca uşaqlar kimi işdən qovmaları narahat edir. Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) biabırçı şəkildə işsizlərin sayı artır. Bunun məsələyə dəxli var, çünki Mikayıl müəllim SOCAR-ın Müşahidə Şurasının sədridir. Yəni sayı iyirmiyə qədər olan vəzifələrindən biri budur, mən də deyənlərin yalançısıyam. Bütün idarəetmə, demək olar, nəzarətdədir. Buna görə də hasilat aşağı düşüb. Düşünürəm, hər gün 200 iş yerinin açılması rəqəmini kimsə qəsdən verib ki, Mikayıl Cabbarovu pis vəziyyətdə qoysun. O da düşünüb ki, doğrudan da, hər gün 200 iş yeri açılır. Qarabağda gedən tikinti yerlərində müvəqqəti işçilər olur. Bir həftəlik dəvət edirlər. Onların da pullarını vaxtlı-vaxtında ödəyə bilmirlər. Çoxlu sayda etirazlar gəlir. “BP”nin podratçısı “CCİC” şirkəti Azərbaycan ərazisində kəmərin çəkilişi ilə məşğul olurdu. Hasilatın pay bölgüsü sazişlərində o vaxt belə bir öhdəlik qoyulmuşdu ki, şirkət hansı ərazidə kəmərin çəkilişi həyata keçiriləcəksə, orda mütləq yerli əhalini işlə təmin etməlidirlər. Bunlar isə qeyri-qanuni olaraq Azərbaycana Pakistandan və digər yerlərdən işçi gətirirdilər. Hesabat vermək istəyirdilər ki, guya yerli işçiləri cəlb ediblər. Halbuki müvəqqəti iş üçün qrup yaratmalı, komanda müəyyən etməli idilər. Bu, yox idi. Mikayıl müəllim də, yəqin, elə həmin variantı nəzərdə tutub. Ölkə ərazisində hazırda kütləvi ixtisarlar gedir. Nazir həqiqətən 200 iş yerini sübut edə bilər? Rəqəm göstərsin ki, filan rayonda bu qədər iş yeri açıb. Heç olmasa, rayonlarla bağlı statistika açıqlasın. Mikayıl müəllim malı mala qatıb. İxtisar etdikləri ilə yeni açılan iş yerlərinin sayını səhv salıb. Bunun bir günahı Mikayıl Cabbarovda yox, vəzifələrinin sayındadır, bir də nə yazılıbsa, ona veriləni təhlil etmədən oxumasındadır. Gülməlidir, inanmıram ki, gündəlik o qədər iş yeri açılır. Yəqin, biri yer qazıb, onu da iş yeri adlandırır. Dediyim kimi, hasilatda kütləvi ixtisarlar gedir və hasilat aşağı düşür. “Yuxarıda” xeyli sayda müavin, müşavir və digər kadr yerləri açılır. Ola bilər, beynində qalıb ki, kimisə harasa müşavir, müavin təyin ediblər. Buna görə müqayisə apardım ki, bəlkə, SOCAR-da Müşahidə Şurası ləğv olunsun, Mikayıl müəllim və onun komandası başqa işlə məşğul olsun. Ya da heç olmasa, Müşahidə Şurasının üzvlərindən biri “kaçalka” görmüş neftçi olsun, yaxud sahə üzrə dinləmələrdə nazirin özü yox, daha çox informasiyaya malik olan şöbə işçiləri iştirak etsinlər. Yenə bu çıxışların nəticəsi olaraq deyəcəklər ki, ölkədə işsizlik 5%-dir. Hasilat sənayesini elə Mikayıl Cabbarovun komandası bu günə saldı. Əvvəllər mən onu belə tanımırdım. Hasilat sənayesinə çox bələdəm. Hətta Qarabağda gedən tikintilərdə, idarə və müəssisələrdə insanların maaşlarının verilməməsi, bəzilərini əmək müqaviləsi olmadan işlətmələri - problemlər var. Qoy İqtisadiyyat Nazirliyi cəmiyyətə təqdim etsin ki, hansı sahədə neçə iş yeri açıb. Yoxsa ölkə başçısına hər dəfə "5% işsizlik var" deyir. Mən də həmin dəqiqə "əyilib", SOCAR-a baxıram ki, adam yalan danışmaz...” – hüquq müdafiəçisi deyib.
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib