Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
20-11-2025 [17:46]
Son günlər Mədəniyyət Nazirliyi ətrafında baş verən proseslər əsas ictimai müzakirə mövzusuna çevrilib. Teatr və yaradıcılıq kollektivlərindəki narazılıqlara paralel olaraq nazirliyin mövqeyini əks etdirən rəsmi açıqlamalar da tirajlanır.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən məsələ bu gün Baku TV-nin canlı efirindəki “Aktual gündəm” proqramında da müzakirəyə çıxarılıb.
Belə ki, təşkil olunan canlı yayımda həm sənət adamları, həm də nazirliyin nümayəndələri iştirak edərək yaranmış narazılıqlara münasibət bildiriblər.
Caz və vokal ifaçısı Təranə Mahmudova Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva haqda iddialar səsləndirib. İfaçı tədbirlərə həmişə eyni adamların göndərildiyini deyib: “Mən Azərbaycan cazını təmsil etmək istəyirəm. Ancaq bu cür tədbirlərə göndərilmirəm. Niyə?! Çünki Mənzər Nurəliyevanın özünün qrupu var və bunu hamı bilir. Neçə illərdir bu adam monopoliya yaradır. Hər il eyni adamlar gedir. Axı sən 10 dəfə eyni adamları göndərəndə bir dəfə də məni göndərməlisən. Özümə güvənən biriyəm. Ona görə ki, bu dəqiqə Azərbaycanın ən yaxşı caz pianoçuları ilə işləyirəm”.
Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova onun fikirlərinə belə cavab verib: “Bu məsələ hüquq-mühafizə orqanlarının predmetidir. Əsas olmadan qarşı tərəfin şərəf və ləyaqətinə toxunmaq hüququmuz yoxdur. Əfsuslar olsun ki, son günlər biz məhz bu problemlərlə gündəmə gəlirik. Aydınlaşdırmalıyıq ki, söhbət 2004-2022-ci illərdən gedir. Bizim burada cavabdehlik dərəcəmiz nə qədərdir? Yəni faktlara əsasən danışmaq lazımdır. “Kimsə nəsə dedi, kimsə narazıdır” demək peşəkar yanaşma deyil”.
Kamança ifaçısı Şəhriyar Musayev isə bildirib ki, onların niyyəti Mədəniyyət Nazirliyinin fəaliyyətinə kölgə salmaq deyil: “Nazirliyin fəaliyyəti ilə bağlı mənim nə şübhəm ola bilər? Bu etdiklərimiz fərdlə olan problemdir. Biz qurumu yox, fərdi tənqid edirik. Mən Mədəniyyət Nazirliyinin heç bir layihəsində iştirak etməmişəm”.
Verilişə bundan başqa, müğənnilər Nura Suri və Almaxanım Əhmədova da qoşularaq nazirlik haqda fikirlərini ifadə ediblər.
Almaxanım Əhmədli bildirib ki, onu narahat edən əsas məsələ nazirliyin tədbirlərində şəxsi münasibətlərə dayanan dəvətlərin çox olmasıdır: “Hansı ki, söhbət Mənzər Nurəliyevanın rəfiqəlik etdiyi insanların siyahıya salınmasından gedir. Bunlar adətən eyni adamlar olur. Özbəkistan Mədəniyyət Günlərində Adil Kərimli məni o siyahıya salmışdı. Biz məşqlər də edirdik. Konsertə bir neçə gün qalmış mənə məlumat verildi ki, Mənzər xanım məni siyahıdan çıxarıb. Mənimlə yanaşı, bir neçə həmkarım da çıxarılmışdı, ancaq tək danışan mən oldum”.
Nura Suri isə çıxışı zamanı bu sözləri deyib: “Mənim Adil Kərimli ilə heç bir qərəzim yoxdur. İştirak etdiyim forumdan sonra Mənzər xanımın mənə qarşı yaranan aqressiyasının səbəbini də bilmirəm. İki il öncə iştirak etdiyim forumda təkliflə çıxış etdim. Bildirdim ki, nəyə görə Azərbaycanın bu gözəl musiqisi “Qızıl Fond”da qalmalıdır? Dijital platformalara nəyə görə köçürülmür? Orada bir qalmaqal yarandı. İkinci gün isə orada Vaqif Gərayzadənin adını çəkəndə dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki o özü də “qara siyahı”dadır”.
Daha ətraflı videomaterialda:
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər