LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
19-11-2025 [14:45]
““LUKOİL”in Azərbaycanı tərk etməsi xəbəri yayılıb. “LUKOİL” dünyanın 22 ölkəsində işləyir. Bu məsələ təkcə Azərbaycanda deyil, Qazaxıstanda, Özbəkistanda və bir çox ölkələrdə gündəmdədir. Bu, oktyabrın 22-də ABŞ-nin Maliyyə Nazirliyinin “Rosneft” və “LUKOİL” şirkətlərinə qarşı yeni sanksiyalarının tətbiqi ilə əlaqədardır. LUKOİL”in 34 törəmə şirkəti var. Sanksiyada hamısının adı qeyd edilməyib, amma onlara da şamil edilir. Dollarla əməliyyat aparmaq qadağan olunur. Amerika vətəndaşlarına, Amerikada işləyən şirkətlərə “LUKOİL”lə hər hansı ticari və hüquqi təmasda əlaqələrin qurulması qadağan edilir. Bu baxımdan, “LUKOİL”in Azərbaycandakı bəzi layihələri də gedə bilər”.
Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“ABŞ Maliyyə Nazirliyi sanksiyada göstərib ki, harada “LUKOİL” 50%+1 səhmə, nəzarət paketinə malikdirsə, o layihələrə birinci sanksiya tətbiq edilir. “Şahdəniz” layihəsini götürsək, “LUKOİL” bu layihədə 19,99% paya malikdir.
İkinci tərəfdən, “LUKOİL”in Azərbaycanın pərakəndə neft məhsulları bazarında kifayət qədər rolu var. “LUKOİL-Azərbaycan” QSC-nin 1 neft-bazası, 87 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar tamamilə “LUKOİL”ə məxsusdur.
Beləliklə, şirkətin Azərbaycanın yanacaq bazarından getməsi mümkündür. Eyni zamanda “Şahdəniz” layihəsinə bu vəsait necə köçürülücək, şirkət öz vəzifələrini necə həyata keçirəcək, hələ bu açıq sualdır.
Düşünürəm, dekabrın ilk on günlüyündə tamamilə bu məsələlərə aydınlıq gətiriləcək. Çünki baxmayaraq ki, noyabrın 21-dən sanksiyalar tətbiq edilir, ABŞ Maliyyə Nazirliyi ikinci bir imkan verib, dekabrın 13-nə qədər “LUKOİL” məsələləri yekunlaşdırsın”, - İ.Şaban bildirib.
Yeri gəlmişkən, mia.az xatırladır ki, “LUKOİL” milyarder Vahid Ələkbərovun biznes sahələrindən biri olub. Onun Azərbaycanda "Yelo Bank" və digər biznesləri də var. Maraqlıdır, bunların gələcəyi necə olacaq?
Mövzuya qayıdacağıq.
F.Səfərli
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb