Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
19-11-2025 [10:46]
Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumu ("China–Europe Express Railway Cooperation Forum") çərçivəsində "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ("Orta Dəhliz") yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs" sənədi imzalanıb.
Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, qurumun sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edib. Forum Çin–Avropa marşrutu üzrə yükdaşımaların dayanıqlı inkişafına dəstək, Asiya və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsi, həmçinin "Kəmər və Yol" təşəbbüsünün inkişafı üçün əsas beynəlxalq müzakirə platformalarından biridir.
Tədbirdə çıxış edən A.Ağayev Azərbaycanın Çini təkcə strateji ticarət tərəfdaşı kimi deyil, həm də nəqliyyat və logistika sahəsində etibarlı müttəfiq kimi qiymətləndirdiyini bildirib. O, qeyd edib ki, infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi regionlararası əlaqələrin möhkəmlənməsi, logistika proseslərinin sürətlənməsi, marşrutların şaxələndirilməsi və iştirakçı ölkələrin ixrac-idxal potensialının artırılmasına mühüm töhfə verir.
Forumda iştirakla yanaşı, ADY nümayəndə heyəti Çinin "Cosco", "Huawei" və "CCCC" şirkətlərinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivlərini, regional yükdaşımalar və rəqəmsallaşma üçün atılacaq mümkün birgə tədbirləri müzakirə edib.
Tədbir çərçivəsində ümumi müzakirələr Çin–Avropa Dəmir Yolu Ekspresi dəhlizindən istifadə səmərəliliyinin artırılması, yükdaşıma həcminin genişləndirilməsi, müasir beynəlxalq logistika sisteminin formalaşdırılması, eləcə də Şərqlə Qərb arasında quru nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə həsr olunub. İştirakçılar təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılmasının "Kəmər və Yol" layihəsinin inkişafı üçün mühüm faktor olduğunu bildiriblər.
Forumun yekununda rəqəmsal məlumat mübadiləsi, tarif siyasətinin təkmilləşdirilməsi, infrastruktura investisiyaların artırılması, "yaşıl logistika" siyasətinin tətbiqi və s. istiqamətləri əhatə edən "Birgə Təşəbbüs" sənədi imzalanıb.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb