İstanbulda İŞİD-ə qarşı əməliyyatı: 14 nəfər saxlanılıb

img

18-11-2025 [15:09]


Bu gün İstanbulda İŞİD terror təşkilatına gizli dəstək verənlərə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu məlumat yaylb.

Bildirilib ki, əməliyyatla terror təşkilatının maliyyələşdirilməsində şübhəli bilinən 19 şübhəlidən 14-ü tutulub: "İŞİD ilə bağlı istintaqda 15-i Türkiyə, 4-ü Kamerun vətəndaşı olan 19 şübhəliyə qarşı əməliyyat zamanı onlardan 14-ü saxlanılıb. 5 nəfərin axtarışı isə davam edir".

Məlumatda deyilir ki, saxlanılan şəxslərdən silah, sənədlər və digər maddi sübutlar götürülüb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA