Yevlaxda su təsərrüafatı sistemi bərbad vəziyyətə düşüb: qarşısı kəsilən kollektorlar, şoranlaşan torpaqlar... - FOTOLAR
18-11-2025 [12:30]
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Yevlax Su Meliorasiya İdarəsinin özbaşınalığı əkin sahələrinin sürətlə şoranlaşmasına və digər böyük problemlərə yol açmaqdadır.
Bu barədə Mia.az-a məlumat verən rayon sakinləri deyir ki, Tural Mahmudovun müdir olduğu Yevlax Su Meliorasiya İdarəsinin rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət mülkiyyətinə məxsus olan, xüsusilə təyinatı yeraltı qurunt sularının yığılaraq daşınması funksiyasını yerinə yetirən Mil-Qarabağ və digər kollektorların qarşısını ikidən çox nöqtədə qanunsuz şəkildə torpaq bənd vurulmaqla kəsib: "Bununla bir güllə ilə iki dovşanı vurmağı hədəfləyən idarənin məmurları kollektorlarda suyun səviyyəsini qaldlrmaqla, suvarmaya yararsız şor suyu fermerlərə suvarma suyu adı altında satmaqla, həm "plan" yerinə yetirir, həm də "gəlir" əldə edirlər. Lakin düşünmürlər ki, şəxsi və keçici maraqlar naminə əkinəyararlı torpaq sahələrini bu qanunsuzluqla məhv edirlər"
Məlumatda deyilir ki, kollektorun qarşısı torpaq bəndlə bağlamaqla aşağıdakı böyük problemlərə viza verirlər:
- Yeraltı suyun axışı dayanır və geriyə təzyiq yaranır;
- Yeraltı su səviyyəsi qalxır, ekoloji fəsad baş verir;
- Ətraf mühit çirklənir torpaqlar şorlaşma və zəhərlənmə riski altına düşür;
- Kollektorun boruları və drenaj sistemi zədələnə bilər;
- Nəticədə həm əkin sahələri şoranlaşır, həm də ətraf yaşayış yerləri zərər görə bilər;
- Su balansını pozur;
- Torpaq duzlaşması və eroziyasına səbəb olur;
- Ətraf kəndlərdə su basma riski yaradır;
- Dövlət su ehtiyatları mənimsənilir;
Bu iddialar dövlət büdcəsinə və vətəndaş maraqlarına ağır zərbə kimi qiymətləndirilir.
Məlumatda o da iddia olunub ki, Yevlax Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin balansında olan, təyinatı kəndlərdə əhalini içməli su ilə təmin etmək olan, sərt sanitariya rejimində qorunması və nəzarəti tələb olunan “Modul tipli” su təmizləyici qurğular baxımsız vəziyyətə düşüb: "Sizə fotoşəkillər göndəririk, baxın. Xüsusi dövlət proqramı çərçivəsində quraşdırlmış bu qurğulara nə baxan, nə nəzarət edən var. Halbuki, bu qurğuların iş prinsipi qurğunun operatorunun nəzarəti altında suyun qurğuya qəbul edilərək çökdürülməsi, tərkibinə durulducu qatqıların, və digər lazımı maddələrin qatılması, quraşdırılmış xüsusi sensorlar vasitəsilə suyun keyfiyyətinin davamlı olaraq ölçülməsindən ibarətdir. Ən təhlükəli və hüquqi cəhətdən ağır olan tərəfi odur ki, qurğunun nəzarətsiz vəziyyətində, yəni işçi olmadan özbaşına fəaliyyət göstərməsi əhalini keyfiyyətsiz su ilə təmin etmək və hətta kənar müdaxilələrə açıq qapı buraxır. Axı belə nəzarətsizlik olarmı? Və ya bu cür keyfiyyətiszliklə əhaliyə ötürülən su müxətlif xəstəliklərə səbəb olmazmı?
Hesab edirik ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikaylov dövlətin və vətəndaşların maraqlarının qorunması, xidmət intizamı və şəffaf idarəetmə prinsiplərinə əsaslanaraq səhlənkarlıq və vəzifəpozuntusu hallarının qarşısını almaq üçün Tural Mahmudov və onun rəhbərlik etdiyi idarə ilə bağlı yoxlama göstərişi verməklə yanaşıı, müvafiq ölçü götürəcəkdir..."
Samir MUSAYEV
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib