Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
16-11-2025 [20:34]
Futbol üzrə Dünya Çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Fransa yığması ilə qarşılaşır.
Mia.az xəbər verir ki, saat 9-da start götürəcək oyuna Azərbaycan milli komandası 2 gün əvvəl qəbul etdiyi İslandiya yığmasına 0-2 hesablı məğlubiyyətin təsiri altında çıxır.
Qeyd edək ki, bundan əvvəl səfərdə millimiz fransızlara 3-0 məğlub olmuşdu.
Hazırda D qrupunda qərar tutan milli komandanın baş məşqçisi Ayxan Abbasov keçirdiyi mətbuat konfransında oyunların məsuliyyətinin komandada müzakirə edildiyini bildirib və əlavə edib ki, onlar üçün əsas məsələ xal qazanaraq D qrupundan C qrupuna yüksəlməkdir. Hazırda komandamızın 1 xalı var. Fransa əvvəlki 5 oyundan qazandığı 13 xalla qrupa rəhbərlik edir. Bizim yerimiz lap sondadır.
Millinin tərkibinə dəvət alan “Qarabağ” klubunun 5 futbolçusu da oyunlarda fərqlənə bilmir. Halbuki, Avroliqa oyunlarında “Qarabağ” müvəffəqiyyətlə çıxış edir. Amma milli komandada təəssüf ki, birgə oyunların lazımi effekt vermədiyinin şahidiyik. Yeri gəlmişkən, “Qarabağ”dan milliyə qatılan Toral Bayramov zədələndiyi üçün bu gün oyuna çıxmır.
Fransa ilə oyunun baş hakimi Andris Treimanisdir. Baş hakimin köməkçiləri Haralds Gudermanis və Aleksey Spasennikovsdur. Onlara Vitalis Spasyoņņikovs yardım edir. Bu hakimlər korpusu Latviyadandır. VAR-da oyuna Niderlanddan Kley Ruperti nəzarət edəcək.
Yeri gəlmişkən, stadion boşdur. Düzdür, oyuna hazırda 1 saat qalıb. Amma bilet satışına və azarkeş marağına əsasən, demək olar ki, bu gün millimiz nəinki azarkeş, hətta tamaşaçı üzünə həsrət qala bilər. Çox təəssüf, əlbəttə.
Fransa millisi hazırda meydanda isinir. Onlar meydana çıxanda azarkeşlərimiz onları böyük coşğu ilə qarşıladı. Fransızların meydanda kiçik azarkeş dəstəsinə heç ehtiyac olmadı. Səbəbi məncə, çox sadədi: rəqib komandada olan futbolçular dünya miqyasında sevilir. Bizimkilərdən də ümid kəsildiyindən, insanlar heç olmasa, kumir saydıqları dünya ulduzlarının oyunundan feyziyab olmaq istəyir. Mən qorxuram ki, Fransa qol vuranda hamı sevinəcək buna.
Millinin bundan əvvəlki baş məşqçisi, qalmaqallı Fernandu Santuşun vaxtında boş stadionun günahını onun boynuna yıxaraq bir az təsəlli tapırdıq. İndi Ayxan Abbasov çətin sınaq qarşısındadı. Oyundan əvvəl Abbasov söz verib ki, azarkeşləri sevindirməyə çalışacaqlar.
Şəxsən mən çox istəyirəm ki, Ayxan müəllim məni sevindirsin.
Zülfiyyə Mustafayeva
Mia.az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb