4 NAZİRLİKLƏ BAĞLI İSLAHAT ÇAĞIRIŞI: KTN, ETN, ƏƏSMN... - Qeyri-ixtisas sahiblərinin idarə etdiyi sahələrlə bağlı maraqlı faktlar açıqlanıb
12-11-2025 [09:03]
"Azərbaycanda 4 nazirlikdə təxirəsalınmadan struktur və kadr islahatları aparılmalıdır".
Mia.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Əli Orucov deyib.
Onun sözlərinə görə, bu sırada Kənd Təsərrüfatı Nazirliyi ön sırada olmalıdır:

ƏLİ ORUCOV
"Bu nazirliyin rəhbərliyində bir nəfər də olsun aidiyyatı üzrə ixtisaslı kadr yoxdur. Nazir Məcnun Məmmədov münasibdir, nazir müavini İlhamə Qədimova hüquqşünasdır, nazir müavini Elçin Zeynalov neftçidir, digər müavini Sarvan Cəfərov politoloqdur. Göründüyü kimi, adı sadalananların heç biri kənd təsərrüfatı mütəxəssisi deyillər və ölkənin də ən strateji sahəsi olan aqrar sahəyə rəhbərliyi qətiyyən yol verilməzdir.
2. Azərbaycan Elm və Təhsil Nazirliyi.
Nazir Emin Əmrullayev Dövlət idarəçiyini üzrə mütəxəssisdir. Nazir müavini Firudin Qurbanov iqtisadçıdır, nazir müavini İdris İsayev iqtisadçıdır, maliyyə mütəxəssisidir. Nazir müavini Həsən Həsənli siyasət sahəsi üzrə mütəxəssisdir. Nazir müavini Şakir Kərimzadə iqtisadçıdır, maliyyə kredit mütəxəssisidir. Bu nazirlikdə də pedaqoji və təhsillə bağlı ixtisaslı mütəxəssis yoxdur. Təhsilə maliyyə biznes strukturu kimi yanaşmaq ölkənin gələcəyini məhvə aparır.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
Nazir Anar Əliyev hüquqşünasdır. Yaxşı vəkil, hakim, prokuror, hüquq mühafizə orqanlarının əməkdaşı ola bilərdi. Nazir müavini Vüsal Nəsirli bələdiyyə idarəetmə mütəxəssisidir. Nazir müavini Hidayət Abdullayev biznesin idarəedilməsi ixtisasını bitirib. Nazir müavini Anar Bayramov həkimdir. Nazir müavini Rəşad Mustafayev fəaliyyəti dayandırılan Təfəkkür Universitetindən hüquq diplomu alıb. Bu nazirlikdə neqativ hal ondan ibarətdir ki, rəhbərlikdə təmsil olunanların heç birinin praktiki aidiyyatı üzrə təcrübəsi və səriştəsi yoxdur.
4. Səhiyyə Nazirliyi
Nazir Teymur Musayev həkimdir. Nazir müavini İlqar Qasımov həkimdir. Nazir müavini Rasim İsmayılov maliyyəçidir. Nazir müavini Nadir Zeynalov həkimdir. Ancaq həmin şəxslər birini çıxmaqla səhiyyə tibb mütəxəssisləri olsalar da, nazirliyi biznes strukturu kimi idarə edirlər. Səhiyyə tamamilə bərbad günə salınıb, korrupsiya rüşvət yuvasına çevrilib".
Ekspertin sözlərinə görə, digər sahələrdə və nazirliklərdə də fundamental reformların aparılması qaçınılmazdır:
"Ancaq toxunduğum nazirliklər ölkənin sosial və iqtisadi vəziyyətinə birbaşa təsir etdiyindən sosial gərginliyi və ictimai qəzəbi körükləyən faktora çevrilirlər. Odur ki, bu sahələrə həssas və diqqətlə yanaşılmalıdır".
F.Səfərli
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib