"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
07-11-2025 [21:39]
Azərbaycan intellektual gəncliyi bu gün ölkənin strateji potensialının ayrılmaz hissəsidir. Bu sahənin təməli hələ 1989-cu ildə yaradılmış "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən qoyulub. Daha sonra isə 2001-ci ildə ilk ana dilli intellektual təşkilat "Xəzər İntellektual Gənclər Klubu" fəaliyyətə başlayaraq, milli düşüncəyə əsaslanan intellektual hərəkatın əsasını qoydu.
Bu gün "Xəzər" yalnız bir klub deyil, Azərbaycan gənclərinin milli intellekt məktəbi kimi fəaliyyət göstərir.
Bu sahənin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı ilə söhbətləşdik.
Bu gün intellektual hərəkatın inkişaf strategiyası hansı istiqamətdə qurulmalıdır?
Azərbaycan intellektual hərəkatının inkişafı, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasətinə söykənir. Bu siyasət "Azərbaycan Respublikasında Gənclər siyasəti haqqında" Qanunla hüquqi müstəvidə təsbit olunub və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymaqdadır. "Azərbaycan Respublikasının Gənclər siyasəti haqqında" Qanun bu sahənin ideoloji əsasını təşkil edir. Bu qanunun 5-ci maddəsində göstərilir ki, "dövlət gənclərin intellektual potensialının inkişafı üçün zəruri şərait yaradır". Bu maddədəki prinsip artıq real layihələr və proqramlarla həyata keçirilməkdədir. Məhz bu hüquqi baza üzərində biz bu gün ölkə üzrə geniş intellektual sistemin formalaşdığını görürük. Gənclər evlərində, universitetlərdə, məktəblərdə və regional mərkəzlərdə müxtəlif liqalar, turnirlər və maarifləndirici intellektual oyunlar keçirilir. Ən vacibi isə dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqətdir. Cənab Prezidentin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, intellektual oyunlar ölkə gəncliyinin potensialını ortaya çıxaran əsas vasitələrdəndir. Bu, o deməkdir ki, intellekt artıq milli prioritet səviyyəsinə yüksəlib. Lakin bu diqqətin davamlı və institusional şəkildə təmin olunması üçün, məncə, intellektual hərəkatın dövlət proqramı çərçivəsində ayrıca istiqamət kimi formalaşdırılması, intellektual gənclərimizə veriləcək ən ali dəyər olardı. Düşünürəm ki, növbəti dövlət proqramlarında intellektual oyunlara ayrıca bənd həsr edilməsi bu hərəkatın inkişafını daha sistemli şəkildə təşkil etməyə imkan verər. – Azərbaycan gəncləri ən çox hansı intellektual oyunlara maraq göstərir? Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə hər yerdə fərqlənib. Son illərdə intellektual oyunlara maraq kütləvi xarakter alıb. Ən çox sevilən oyun, təbii ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunudur.
Həmçinin, Xəmsə MİO, Poliqon SİO, Breyn Rinq, Əlaçı və digər bu tip oyunları xüsusi vurğulamaq istərdim. Bu oyunlar gənclərin analitik düşüncəsini formalaşdırır və komanda ruhunu gücləndirir. Sadəcə bu il təşkil edilən "Tələbələrarası Azərbaycan Kuboku"nda son mövsümdə 278 komanda mübarizə aparmışdı. Bu, təxminən 2000-ə yaxın tələbə deməkdir. Hazırda "Bilik Kuboku" layihəsinin seçim turları 36 ali təhsil müəssisəsini əhatə edir və dekabrda 40 komanda ilə final mərhələsi keçiriləcəkdir. Eyni zamanda "Məktəbli Liqası" layihəsində yüzlərlə məktəbli iştirak edir. Biz artıq intellektual gəncliyin yeni nəsli ilə qarşılaşmışıq. "Xəzər" bu mənada bir klubdan çoxdur – bir milli intellekt məktəbidir! desəm, bəlkə də yanılmaram. – Dövlət kadr siyasətində intellektual gənclərin rolu necə dəyərləndirilə bilər? Son illər aparılan islahatlar nəticəsində intellektual gənclər dövlət idarəçiliyinin əsas dayaqlarına çevrilir. Bu gün dövlətin idarəçiliyində artıq intellektual nəsil formalaşır. Dövlət strukturlarında çalışan gənclər arasında bir çoxu məhz intellektual hərəkatdan çıxmış insanlardır. "Azərbaycan Respublikasının kadr islahatı strategiyası"nda da vurğulanır ki, dövlət idarəçiliyi üçün yüksək təfəkkürə malik, strateji düşünən gənclər yetişdirilməlidir. Bu baxımdan, intellektual klublar və liqalar əslində dövlətin qeyri-rəsmi kadr məktəbini formalaşdırır. Bu istiqamətdə məqsəd təkcə savadlı kadrlar hazırlamaq deyil, düşünən, təhlil edən, qərar qəbul edən intellektual liderlər yetişdirməkdir. Artıq bir çox dövlət orqanlarında, nazirliklərdə və yerli idarəetmə strukturlarında məhz intellektual hərəkatdan çıxmış gənclərin vəzifə tutması bunu sübut edir. Biz çox istərdik ki, gələcəkdə "Milli İntellekt Liqası" kimi bir vahid platforma yaradılsın.
Bu, həm regionlarda fəaliyyət göstərən gəncləri birləşdirər, həm də dövlət qurumları ilə əlaqələri daha səmərəli hala gətirəcəyindən tam əminik. – Sizin üçün "intellektual gənc" anlayışı nədir? İntellektual olmaq sadəcə bir masa arxasında müxtəlif suallara cavab vermək deyil. İntellektual gənc düşünən, təhlil edən, özünü inkişaf etdirən, vətəni üçün çalışan və cəmiyyətin intellektini artırmaq üçün təşəbbüs göstərən şəxsdir. Fikrimizcə, intellektual gənc özünü həm masa arxasında, həm də ictimai həyatda öz mövqeyini göstərməlidir. İntellektual oyunlar bu mənada bir məktəbdir. Hər turda öyrəndiyin yeni fakt, bir növ, sabahkı həyat qərarına çevrilir. Komanda yoldaşlarının dəstəyi isə səni həm oyunlarda, həm həyatda qalib edir. Hər bir gənc öz intellektini inkişaf etdirə bilər. Bunun üçün intellektual klublar, liqalar, forumlar, viktorinalar, gündəlik quizlər və milli çempionatlar mövcuddur. Bu tədbirlər gənclərdə həm bilik, həm də komanda ruhu, strateji düşüncə və liderlik bacarığını formalaşdırır. – 2026-cı ildə intellektual hərəkatda nə yeniliklər gözlənilir? 2025-ci ilin göstəriciləri kifayət qədər ümidvericidir. 50-dən artıq layihə, yüzlərlə turnir və minlərlə iştirakçı ilə intellektual hərəkat tarixinin ən aktiv dövrünü yaşayır. Azərbaycan Kuboku, Universitet Liqası, Peşəkar İntellekt Liqası kimi layihələr uğurla tamamlanıb.
Demək olar ki, intellektual hərəkatda əsas tutulan bir neçə turnir 2025-ci ildə təşkil edildi. Bu proses ilin sonuna qədər davam edəcək. 2026-cı il isə bizim üçün xüsusi bir ildir. Azərbaycan dilli intellektual hərəkatın 25 illiyi qeyd olunacaq. Bu milli intellektimizin inkişaf tarixidir. Onu da qeyd edim ki, bu münasibətlə xüsusi layihə üzərində işləyirik. Məqsədimiz həm bu hərəkatın tarixini sənədləşdirmək, həm də dövlət səviyyəsində qeyd edilməsini təmin etməkdir. Yeni strategiyamıza gəldikdə isə növbəti ildən məhz məqsədimiz tələbə və məktəblilər arasında milli düşüncəyə əsaslanan yeni nəsil intellekt komandaları formalaşdırmaqdır. Bu fəaliyyət dövlətin prioritetlərinə tam uyğundur və biz inanırıq ki, yaxın illərdə intellektual oyunlar həm sosial, həm də ideoloji baxımdan Azərbaycanın yumşaq güc vasitələrindən birinə çevriləcək. Düşünürük ki, intellektual inkişaf yalnız fərdi seçim deyil – vətəndaş məsuliyyətidir. Biz bu məsuliyyəti daşıyırıq və dövlətimizin müəyyən etdiyi strateji xətt üzrə fəaliyyətimizi gənclərimizlə davam etdiririk. Sonda onu da qeyd etmək istərdim ki, intellektual oyunlar artıq yalnız bilik yarışı deyil. Bu dövlət siyasətinin mühüm bir tərkib hissəsidir. Bu sahəyə daha çox diqqət ayrılması, qanunvericilikdə və proqramlarda intellektual layihələr üçün ayrıca dəstək mexanizmlərinin yaradılması artıq yeni dövrün tələbidir. Çünki Azərbaycanın gələcəyi məhz düşünən beyinlərə, milli ideyaya sadiq intellektual gənclərə söykənəcək/Bakixeber.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb