Bir milyonu əldən çıxan generaldan maraqlı açqlama: "Onun axmaqlığından yazmırsız, elə mənim şəkilimi qoyursuz saytlara"
05-11-2025 [14:51]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov şabalıd biznesi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mia.az xəbər verir ki, Raul Zeynalov Qaynarinfo-ya açıqlamasında öncə FHN-nin keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun onun 1 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumatdan danışıb:
"Əslində, hər şey yazıldığı kimi deyil. Təqsirləndirilən şəxs 12-13 nəfərə zərər vurub. Ayaz Bayramov bütün bu dələduzluğu piramida şəkilində edib. Onun axmaqlığından yazmırsız, elə mənim şəkilimi qoyursuz saytlara. Bu nə dərəcə düzdür? Başa düşürəm, hamı reytinq üçün işləyir. Amma mən bunu düzgün hesab etmirəm".
General deyib ki, Ayaz Bayramovu FHN-də çalışdığı zaman tanıyıb: "Onu FHN-də tanımışam və işbirliyinə getmişəm. Təqaüdə çıxdıqdan sonra Ayaz Bayramovun dələduzluğuna məruz qaldığımı anlamışam. Mənə dəyən zərər bir milyon manatdan azdır. O bizdə çalışırdı və belə adam olduğunu bilməmişik. Təqsirləndirilən şəxs zərərçəkmişləri əsəb xəstəsi edib. Adamlar var ki, evlərini satıb biznesə qoyublar. İndi elələri var ki, evdən çıxarılıblar, qalmağa yerləri yoxdur. Bizə qarşı böyük vicdansızlıq edib..."
Raul Zeynalov bu hadisədən sonra işdən çıxarılması barədə xəbərə belə münasibət bildirib: "Mən 23 il FHN-də müxtəlif vəzifələrdə çalışmışam. Şükürlər olsun ki, xidmət etdiyim müddətdə nöqsanlara yol verməmişəm. Əksinə, qurumda çalışan insanlara maddi və mənəvi dəstək olmuşam. Hər zaman çalışmışam ki, yaxşlıq edim. Ötən il son yaş həddi ilə əlaqədar öz istəyimlə təqaüdə göndərilmişəm. Zəhmətimlə general rütbəsinə kimi yüksəlmişəm. Baş verən hadisələrin mənim general rütbəmə və yaxud FHN-dəki işimə nə bağlığı var? Şərhlərdə yazacaqlar ki, vəzifədə olduğu vaxt bu qədər pulu hardan qazanıb? Mənim ailəm imkanlı olub və hər hansı əyri yolla qazanc əldə etməyimə ehtiyac qalmayıb. Bir daha deyirəm, zəhmətimizlə bu yerə gəlib çıxmışıq. Əksinə, yuxarıda qeyd etdiyim kimi, öz imkanlarımla FHN-dəki həmkarlarıma dəstək olmuşam. Bax bunlardan da yazın".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov xidmətdə olduğu dövrdə şabalıd biznesinə sərmayə qoyduğu deyilir. "Qafqazinfo"nun məlumatına görə, nazirlikdə kapitan rütbəsi ilə çalışan Ayaz Bayramovla birgə Qəbələdən Bakıya şabalıd gətirərək qazanc əldə etməyi planlaşdırıb. Ayaz Bayramov generala biznesin genişlənməsi üçün milyonlarla manat tələb olunduğunu deyərək ondan böyük məbləğdə pul alıb.
General istintaqda, Ayazın onu aldadaraq sadəcə şəkillərlə alver görüntüsü yaratdığını bildirib. Lakin o, biznesin uğurlu getdiyinə inanaraq həm şəxsi vəsaitini, həm də qohumlarından borc aldığı pulları bu işə yatırıb, hətta "Lexus”, "BMW” və "Chevrolet” markalı avtomobillərini girov qoyaraq Ayazın adına keçirib.
Hazırda iş Bakı Hərbi Məhkəməsində araşdırılır. Ayaz Bayramov 3 milyon manat mənimsəməkdə ittiham olunur, özü isə generalı hadisələrin təşkilatçısı adlandırır. Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş var və Raul Zeynalovun növbəti iclasda ifadə verməsi gözlənilir.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib