CHP-nin sayəsində 10 deputat yeri qazanan Davudoğlu: "Onlar iqtidara gəlsəydi..."
04-11-2025 [18:52]
Haberler.com açıqlamalar verən Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu son prezident seçkilərində CHP-nin namizədini dəstəkləməsindən, məhz bu partiyanın sayəsində 10 mandat qazanmalarından danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunun Prezidentliyə namizədliyini dsəətkləməsi və onun sayəsində deputat erləri qazanmalarına sensasuya sayılacaq ifadələrlə cavablandırıb.
Davudoğlu, "Bu gün Parlamentdəki varlığınızı CHP-yə borclusunuzmu?" sualına cavabda deyib: "Biz CHP-yə borclu deyilik. Həyatımda heç kimə heç nə borclu deyiləm. Baxın, heç vaxt heç kimə bir qəpik də borclu olmamışam, siyasi baxımdan da heç kimə borclu deyiləm. İndiki yerimə Allahın verdiyi və bəxş etdiyi nemətlər və millətimin dəstəyi ilə gəlmişəm. Nemət dedikdə, ağıl nemətini nəzərdə tuturam...
Mən aristokratın övladı deyiləm. Anadolunun kəndindən öz zəhmətimlə gəlmişəm. Heç kimin dalınca düşməmişəm. Yaxşı alim olmasaydım, heç kim məni baş məsləhətçi təyin etməzdi. Yaxşı baş məsləhətçi olmasaydım, heç kim məni xarici işlər naziri təyin etməzdi. Hətta yaxşı xarici işlər naziri olmasaydım, baş nazir olmazdım. Amma həmişə cənab Prezidentə xeyirxahlığına görə təşəkkür etmişəm.
14 may 2023-cü il seçkilərinə gəldikdə, Allah xatirinə, CHP-yə nə borcluyam? Nə borcluyam? Həyatıma hər hansı bir töhfəniz oldumu? Kitablarıma, irəli sürdüyüm fikirlərə və düşüncələrə... Əksinə, strateji dərinliyə qarşı düşmənçilik göstərdiniz. Bəs sizinlə niyə bir araya gəldik? Açığını deyim, seçkilərdən sonra bu geniş kütlələrə revanşist impulsla zərər vermələrinin qarşısını almaq üçün onlara qoşuldum. Dedik, Demokrat millətçilər, demokratik mühafizəkarlar, demokratik dünyəvilər, sosial demokratlar gəlin bir araya gələk və revanşizmin qarşısını alaq. Bunu açıq və birbaşa buradan bildirirəm: Türkiyənin bu revanşizmə düşməsinin qarşısını almaq üçün itttifaqa - 6-lı Masaya razılaşdıq. Əgər prezident seçkilərində qalib gəlsəydilər, onlar bizlərə qarşı nələr etməyəcklərdi ki?
Mən buna qədər Kılıçdaroğlu ilə iki seçkidə şiddətlə mübarizə apardım. Özümü qurban verərək on nəfərin parlament üzvü olmasını təmin etdik. CHP-nin Şırnak və Konyadakı səslərinə baxın. Oradakı dəyişikliklərə baxın. Bu, bir razılaşma, bir ittifaq idi. Hamının verdiyi və aldığı aydındır. Yaxşı, ittifaq artıq bitdi. Amma başa düşürəm ki, əgər prezident seçkilərində qalib gəlsəydilər, əvvəlcə bizə qarşı revanşizmə əl atacaqdılar. Mənim yeganə məqsədim Türkiyənin revanşizm tələsinə düşməsinin qarşısını almaq idi. Bu təhlükə artıq bitdimi? Hələ də bitməyib. Bu məntiq 2028-ci ildə də eynidir...".
Fərid ASLAN
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb