HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
04-11-2025 [15:45]
"Vergi qanunvericiliyində gözlənilən əsas dəyişikliklərdən biri işğaldan azad olmuş ərazilərimizdə tətbiq olunan bütün güzəştlərin Naxçıvan Muxtar Respublikasına da aid edilməsidir".
Mia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 10 il müddətində Naxçıvanda özəl sektora bu güzəştlərin tətbiqi regionun inkişafı üçün çox böyük əhəmiyyət daşıyacaq: "Dövlət-özəl tərəfdaşlığı layihələrində idxal olunan texnika avadanlıqlara azad olunmaların təqdim olunması özəl sektorun dəstəklənməsinə, böyük investisiya layihələrinin ölkəmizdə həyata keçirməsinə dəstəkdir.
Media subyektlərinə olan güzəştlərin 3 il müddətinə uzadılması, kənd təsərrüfatındakı güzəştlərin balıqçılığa da şamil edilməsi, sadələşdirilmiş vergi dövriyyəsi limitinin 2 dəfə artırılması da önəmli güzəştlərdəndir. Hazırda bu məbləğ 200 min manatdır və biz onu 400 min manata qaldırırıq, nağdsız ödənişlə fəaliyyət göstərən mikro və kiçik sahibkarlara çox böyük bir dəstək veririk.
Dividendlə bağlı vergilərin 14 %-dən 5 % endirilməsi, kirayə gəlirlərlə bağlı vergilərin 14 %-dən 10 % endirilməsi, rüsumsuz mağazalara satışda ƏDV və aksizə 0 % vergi tətbiqi, gübrələrdə idxal və satışın ƏDV-dən azad olunması, xüsusilə orqanomineral gübrələr üçün, gəmiqayıma sektoru üçün azad etmələr, ölkədə istehsal olunan yük avtomobillərinin satışı üçün azad olmalar, müxtəlif ictimai iaşə xidmətləri - bərbərxanalarımız, kosmetoloji mərkəzlərimiz və digər bu tipli oByektlərdə "ƏDV geri al" mexanizminİN tətbiq edilməsi və bu kimi çoxsaylı kiçik orta sektora, özəl sektora indekslənmiş güzəştlər mövcuddur.
Eyni zamanda əmək haqqından gəlir vergisinin ödənilməsi ilə bağlı güzəştin müddəti bitir və hökumət müvafiq addımlar atmasaydı, artıq 14 və 25 %-lik rəqəmlər qüvvəyə minəcəkdi. Amma hökumətin konsensus variantı olaraq çox ciddi bir güzəşt irəli sürdü. Növbəti il üçün böyük kəsimimizi, yəni əmək haqqı alan şəxslərimizin böyük kəsimini əhatə eləyən 2 500 manata qədər olan gəlirə cəmi 3 % gəlir vergisi tətbiq edilir".
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb