“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub - FOTOLAR
31-10-2025 [11:46]
Sərfəli mobil operator “Nar” ana dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək verməyə davam edir.
Mia.az xəbər verir ki, şirkət bu dəfə Azərbaycan dili və ədəbiyyatının Türk dünyasında tədqiqinə həsr olunmuş II Beynəlxalq elmi simpoziumun tərəfdaşı olub. Simpozium Türkiyədə fəaliyyət göstərən yeganə Azərbaycan dili və ədəbiyyatı bölüməsinin 20 illiyinə və Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub. Layihənin məqsədi Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq elmi müstəvidə öyrənilməsini, araşdırılmasını və təbliğini təşviq etməkdir.
Türkiyənin Qars şəhərində keçirilən simpozium Qafqaz Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Xəzər Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə baş tutub. İki gün davam edən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 100-dən çox alim və tədqiqatçı iştirak edib. Onlar Azərbaycan dilinin Türk dünyasında rolu, ədəbiyyatımızın müasir tədqiqat istiqamətləri və dilin qloballaşma şəraitində qorunması kimi mövzularda məruzələrlə çıxış ediblər.
Ana dilinə dəyər vermək və milli kimliyimizin əsas sütunu olan Azərbaycan dilinin yaşadılmasına dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindəndir. Mobil operator bu kimi layihələr vasitəsilə gənc nəsildə ana dilinə sevginin və aşılanması, eləcə də, Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksək keyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib