"DTX ciddi orqandır, istintaqın şəffaf gedəcəyi və..." - Deputat adının Ramiz Mehdiyevlə hallanmasına belə reaksiya verdi
29-10-2025 [17:15]
Pezident Adminstrasiyasının uzun illər rəhbəri olmuş Ramiz Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra bir çox siyasətçi və deputatların adı onunla hallandırılır.
Belə şəxslərdən biri də Milli Məclisin deputatı Aydın Mirzəzadədir. Müxtəlif mənbələrdə yazılan məlumatlara görə, Aydın Mirzəzadəyə deputatlıq mandatı məhz Ramiz Mehdiyev tərəfindən verilib.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında Ramiz Mehdiyev tərəfindən deputat təyin edilməsi iddialarına belə reaksiya verib:
“Ramiz Mehdiyevə qarşı DTX tərəfindən ittiham irəli sürülüb və ev duqtaqlığı haqqında qərar qəbul edilib. Bu günlərdə bəzən kimlərinsə Ramiz Mehdiyevlə şəklini yanaşı qoyaraq öz fərziyəsini irəli sürənlər tapılır. Mən 1997-2000-ci illərdə Prezidentin İcra Aparatında işləmişəm. Məni vəzifəyə təyin edərkən ümumilli lider Heydər Əliyev qəbul edib, suallar verib, eyni zamanda görəcəyim işi izah edib. Üç il ərzində Prezident Adminstrasiyasında mənə həvalə edilən sahə ilə bağlı işləmişəm.
Yeni Azərbaycan Partiyası yaranandan bu yana üzvüyəm. Məni deputatlığa namizəd Heydər Əliyevin sədr olduğu YAP irəli sürüb. Sonradan dəfələrlə partiya yenidən mənə etimad göstərib, namizədliyimi irəli sürüb. Mingəçevirdə rəqabətli seçkilərdə iştirak etmişəm, müxalifət nümayəndələri ilə debatlara çıxmışam və seçici səsi ilə deputat olmuşam. Mənə mandatı xalq, Azərbaycan seçicisi verib. Mənim yolum 90-cı ilin əvvəlindən Heydər Əliyev, indi isə İlham Əliyev yoludur. Fəaliyyətimdə həmişə şəffaf olmuşam, özümü YAP-ın nümayəndəsi hesab edirəm”.
Aydın Mirzəzadə Ramiz Mehdiyevlə ünsiyyətinin olub-olmaması sualına cavab olaraq qeyd edib ki, onunla heç bir münasibəti olmayıb:
“Ramiz Mehdiyevlə mənim heç bir kontaktım olmayıb. Mən Aparatda işləyəndə belə onunla münasibətimiz olmayıb. O Aparatın rəhbəri idi, mən ancaq şöbə müdiri ilə təmasda olurdum. Məktublarla işləyirdim, siyasi partiya rəhbərləri ilə görüşürdüm, tədbirlərin təşkilində iştirak edirdim. Ramiz Mehdiyevi ancaq ümumi iclaslarda kənardan görmüşəm. Onun birbaşa məni dəvət edib hansısa xüsusi tapşırıqlar verməsi halları olmayıb.
Ramiz Mehdiyevin vaxtında Aparatda işləyənlərin hamısını onun adamı hesab etmək məntiqə uyğun gəlmir. Onun rəhbər olduğu 25 il ərzində Aparatda bəlkə minlərlə insan keçib. Bu gün kimisə sırf Prezident Aparatında işlədiyinə görə ittiham etmək qətiyyən düzgün deyil.
Mən YAP üzvüyəm və YAP-in xəttinə sədaqətli olan insanam. Partiyamızın, Prezidentimizin xəttindən kənar yola heç vaxt maraq göstərməmişəm”.
Həbslərin davam edəcəyi təqdirdə bunların arasında deputatların da olma ehtimalından danışan Aydın Mirzəzadə bildirib ki, bu, birbaşa istintaqın işidir: “Müxtəlif fərziyələr irəli sürülür. İstintaq özü müəyyənləşdirəcək ki, Ramiz Mehdiyev kimlərlə işləyib və s. DTX ciddi orqandır, istintaqın şəffaf gedəcəyi və məhkəmədə hər şeyin bəlli olacağı gün kimi aydındır. Məktubla tanış oldum və təssüf edirəm ki, uzun müddət yüksək vəzifədə işləmiş adam sən demə daxildə tamam başqa planlar qururmuş”.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb