İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu - FOTOLAR
29-10-2025 [12:23]
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Jurnalist Qadınlar Assosiasiyası (JQA) “Qərbi Azərbaycan: reallıqlar, perespektivlər” adlı layihə çərçivəsində işləri uğurla həyata keçirir.
Mia.az xəbər verir ki, layihədə nəzərdə tutulduğu kimi, JQA-nın bir qrup əməkdaşı Türkiyənin İstanbul şəhərində səfərdə olub.
Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə İstanulda fəaliyyət göstərən “İstanbul Azərbaycan Kültür evində” “Qərbi Azərbaycan: gələcəyə baxış” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada əslən Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan “İstanbul Azərbaycan Kültür Evi”nin rəhbəri Hikmət Elp Qərbi Azərbaycanın tarixi barədə qısa məlumat verib.
Sonra JQA-nın rəhbəri Sevil Yusifova layihənin məqsəd və məramından geniş söhbət açıb.
O, çıxışında tədbirin mövzusunun aktuallığına və əhəmiyyətinə toxunub.
Layihənin rəhbəri bildirib ki, ötən əsrdə indiki Ermənistan dövləti tərfindən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız deportasiyaya və soyqırıma məruz qalıblar: "Ermənilər hər fürsətdə millətimizə məxsus tarixi abidələri də yer üzündən silməyə çalışıblar. Əlimizdə olan rəsmi faktlara əsaslanaraq deyə bilərəm ki, əcdadlarımızın əsrlərboyu qoruyub saxladığı tarixi mədəni-mənəvi dəyərlərimiz də erməni vandalizmin qurbanı olub. Ermənilərin tək istəyi o olub ki, sonradan gəldikləri Azərbaycan torpaqlarında bizim millətə məxsus izləri silsinlər və qondarma tarix yaratsınlar. Təəssüf ki, ermənilər havadarlarının dəstəyi ilə bir çox məsələlərdə öz istəklərinə nail ola biliblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə məhv edilib".
Xanım Yusifova layihənin davamlı olmasını və Türkiyədə yaşayan Ermənistan ərazisindən deportasiya edilən insanlarımızın təşkilatlanmasının vacibliyini də vurgulayıb.
Dəyirmi masada söz alıb çıxış edənlər də mövzunun aktuallığından danışıblar.
Əslən İrəvandan olan dinləyicilər bildiriblər ki, ən son 1988-ci ildə yarım milyona yaxın Azərbaycan türkünü zorla yurdundan çıxardılmasına nail olan ermənilər bizim soydaşlarımızın mal və mülklərinə əl qoyub, onları özünküləşdırıblər, yüzlərlə qadın, uşaq öldürülüb.
Natiqlər Ermənistanın illər boyu törətdiyi zorakılıq siyasəti, millətimizin başına gələn həqiqətlərin dünya ictimaiyyətinə çatdırlmasının vacibliyini söyləyiblər. Azərbaycanlıların öz yurduna, Vətəninə dönməsi üçün təminat verilməsi tələbinin irəli sürülməsini qeyd ediblər.
Tədbirdə beynəlxalq aləmin diqqətini hüquqları pozulmuş soydaşlarımızın haqlı tələblərinə yönəltməli olduğumuz dəfələrlə səsləndirilib. Həmçinin mədəni irsimizin qorunması və bu irsin yenidən canlandırılması yolları müzakirə olunub
Sonda qərara alınıb ki, Türkiyədə yaşayan Ermənistandan zorla köç edən ikinci, üçüncü nəsil azərbaycanlı ailələrin övladları öz əcdadlarının mədəniyyətini qoruyub saxlamaq üçün Qərbi Azərbaycan məsələsini gündəmdə saxlamağa çalışsınlar.
Bundan başqa, Qərbi Azərbaycanın tarixini ğzündə əks etdirən faktların toplanması və əldə edilən sənədlər, məlumatların xarici dillərə tərcümə olunması kimi fəaliyyətlərin həyata keçirilməsi də tədbirin əsas mövzularından olub.
Samir
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib