Güzəştli mənzillər satışa çıxarıldı - SİYAHI + Qiymətlər
29-10-2025 [09:45]
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə güzəştli mənzillərin növbəti satışını elan edib.
Mia.az agentliyə istinadən xəbər verir ki, Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə 1 mənzilin, II mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1565-ci məhəllə ünvanındakı Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 30A ünvanındakı Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsinin S.B. Axundov küçəsindəki Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin, Şirvan şəhəri, Nizami küçəsi, S.B. Axundov küçəsindəki Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Heydər Əliyev prospekti, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin, ümumilikdə isə 627 mənzilin satışı 3 dekabr 2025-ci il tarixdə saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il tarixdə saat 11:00-da başa çatacaq.
"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşlara satmaq məqsədilə güzəştli mənzillərin satışına dair qaydalar"ın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.
Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı əsasında MİDA-nın elektron sistemi vasitəsilə "Güzəştli mənzil" satışı "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən həyata keçirilir.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri almaq hüququna malikdirlər. Elektron kabinetin yaradılması üçün "Güzəştli mənzil" sistemində qeydiyyatdan keçmək və elektron imza vasitəsilə daxil olmaq lazımdır.
"Güzəştli mənzil" sistemində ətraflı qaydalar və mənzillərin yerləşdiyi komplekslər haqqında məlumatı www.mida.gov.az internet səhifəsindən və ya "Güzəştli mənzil sistemi" bölməsindən əldə etmək mümkündür.
Mənzillərin satış şərtləri və qiymətləri:
Bu dəfə satışda olan mənzillər ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənilən üsulla təklif olunur.
Qaydaların 5.6-cı bəndinə əsasən mənzil dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınmasından sonra mümkündür.
Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə:
2 otaqlı mənzilin qiyməti - 54 815 manatdır.
Hövsan Yaşayış Kompleksinin II mərhələsi üzrə:
4 otaqlı mənzilin qiyməti - 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti - 50 200 manatdan başlayır.
4 otaqlı mənzilin qiyməti - 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzilin qiyməti - 61 865 manatdır.
4 otaqlı mənzilin qiyməti - 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzilin qiyməti - 49 120 manatdır.
2 otaqlı mənzilin qiyməti - 62 400 manatdır.
3 otaqlı mənzilin qiyməti - 87 400 manatdır.
4 otaqlı mənzilin qiyməti - 118 000 manatdır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzilin qiyməti - 61 815 manatdır.
3 otaqlı mənzilin qiyməti - 73 785 manatdır.
4 otaqlı mənzilin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi üzrə:
1 otaqlı mənzilin qiyməti - 40 200 manatdır.
2 otaqlı mənzilin qiyməti - 45 225 manatdır.
3 otaqlı mənzilin qiyməti – 70 490 manatdır.
4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib