“Yelo Bank” zəmanət verdi və pulu "yedi" - QALMAQAL
27-10-2025 [12:22]
“MTN işi” üzrə zərərçəkənlərdən biri – İbrahim Zeynalovun adına ödənilmiş 560 min manatlıq məbləğ ətrafında qalmaqal böyüyür.
Musavat.com xəbər verir ki, əldə etdiyimiz rəsmi sənədlər göstərir ki, həmin məbləğ Nərimanov Rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində “Yelo Bank”ın balansdan kənar hesabına köçürülüb və bu əməliyyatın heç bir məhkəmə qərarı ilə hüquqi əsası olmayıb.
Qanunsuz köçürülən 560 min manat
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən sabiq MTN generalı Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklarının satışından əldə edilən pullar zərərçəkmişlər arasında bölüşdürülməli idi. Bu qərara əsasən, zərərçəkən İbrahim Zeynalovun payına 560 min 302 manat düşüb.
Ancaq həmin məbləğ Zeynalovun şəxsi hesabına deyil, “Yelo Bank”ın hesabına köçürülüb. Rəsmi sənədlərdə bu köçürmənin “kredit ödənişi” kimi rəsmiləşdirildiyi göstərilib. Vəsait bankın balansdankənar hesabına yönləndirilib.
Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasov 27 avqust 2025-ci il tarixli məktubunda “Yelo Bank”ın rəhbərliyinə bildirir ki, 560 min 302 manatın bank hesabına köçürülməsi barədə heç bir məhkəmə qərarı mövcud deyil.
Sənəddə qeyd olunur ki, vəsaitin qanunsuz köçürülməsi barədə iddia Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə təsdiqlənib və həmin qərar qanuni qüvvəyə minib.
İcra şöbəsi bankdan vəsaitin geri qaytarılmasını xahiş edib, hətta bank tərəfindən məbləğin məhkəmə qərarı qüvvəyə minərsə, geri qaytarılacağına dair yazılı zəmanət məktubu da alıb.
“Yelo Bank” zəmanət verdi və pulu "yedi"
Sənədlər göstərir ki, məhz “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovun imzası ilə icra şöbəsinə göndərilən cavab məktubunda məhkəmə qərarı olarsa, vəsaitin geri qaytarılmasına zəmanət verilir.
Bu ifadə faktiki olaraq bankın vəsaiti qaytarmağa razı olduğunu göstərir.
Lakin məhkəmə qərarı qüvvəyə mindikdən sonra “Yelo Bank” mövqeyini dəyişib, öz məktubundakı zəmanətdən boyun qaçırıb. Bank artıq bildirir ki, guya “İbrahim Zeynalovun borcu olduğu üçün vəsaitin qaytarılması mümkün deyil” – halbuki məhkəmə qərarı açıq şəkildə həmin köçürməni qanunsuz sayıb.
Gedişatın arxasında kimlər dayanır?
Zərərçəkmişlərin iddialarına görə, bu maliyyə manipulyasiyası təsadüfi deyil.
İddia olunur ki, məsələdə İcra Baş İdarəsinin əməkdaşı Tural Süleymanov və onun qayınatası Cavidan Hacıyevin də adı keçir. Məhz onların vasitəsi ilə Nərimanov İcra Şöbəsində “kredit ödənişi” oyunu ortaya atılıb, vəsait isə sonradan bir neçə nəfər arasında bölüşdürülüb.
“MTN işi” zərərçəkənlərinin haqqı bu dəfə bankda "yeyilib"
Bu gün “Yelo Bank” həmin 560 min 302 manatı geri qaytarmaqdan boyun qaçırır. Halbuki vəsait “MTN işi” üzrə zərərçəkənlərə məxsusdur və bankın balansına qanunsuz daxil edilib.
Bu isə həm Cinayət Məcəlləsinin 179-cu maddəsinə (mənimsəmə və israf etmə), həm də Mülki Məcəllənin 1099-cu maddəsinə (əsassız əldə etmə) görə ciddi hüquqi məsuliyyət doğuran haldır.
Əldə olunan sənədlər, məktublar və məhkəmə qərarları bir daha sübut edir ki, “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərə çatmalı olan 560 min 302 manatı qanunsuz olaraq geri qaytarmaqdan yayınır.
Əvvəlcə “məhkəmə qərarı çıxsa, geri qaytaracağıq” deyən bank indi öz sözündən dönüb, icra orqanlarını aldadaraq məsuliyyətdən yayınmağa çalışır.
Bu, "MTN işi" üzrə zərərçəkən insanların haqqının bank maraqları naminə tapdanmasıdır.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb