Dabaq ölkəmizdə necə kütləviləşib? - AQTA nazirlik haqqında məxfi hesabat hazırlayıb? (Açıqlama)
27-10-2025 [10:36]
Məlum olduğu kimi, avqust ayından etibarən Azərbaycanda mal-qara arasında dabaq xəstəliyi yayılmağa başlayıb.
Qısa müddət ərzində xəstəlik bir sıra rayonlarda heyvandarlıq təsərrüfatlarını, eləcə də vətəndaşların saxladığı ev heyvanlarını əhatə edib.
Əhalinin və müstəqil ekspertlərin çağırışlarına aidiyyatı dövlət qurumları gec reaksiya verib.
Mia.az-ın məlumatına görə, Kənd stəsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli Gununsesi.info-ya bildirib ki, hələ avqust ayının ortalarında bu barədə çağırış edib: “Əslində, heyvanlar ildə iki dəfə dabaq xəstəliyinə qarşı peyvəndlənməlidir. Xəstəliyin belə geniş vüsət alması göstərir ki, vaxtında tədbirlər görülməyib, eləcə də bizim çağırışlarımıza əhəmiyyət vermədilər”.
Qeyd edək ki, xəstəliklə bağlı Qida Təhlükəsizliyi Agentliyi AQTA) bəzi rayonlarda mal bazarlarının fəaliyyətini dayandırıb.
Agentlikdən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil.
“Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər”, AQTA bildirib.
Xəstəliyin yayılması paytaxtda ət satışına da mənfi təsir göstərib, Bakının bəzi rayonlarda ət satışı ilə məşğul olan mağazalar bağlanıb, qiymətlərdə isə artım müşahidə olunur.
İstehlakçılar xəstəliyin insan orqanizminə düşməsindən narahatdırlar, təcrübədə dabaq xəstəliyinə yoluxma halları müşahidə olunub.
Dabaq itigedişli yüksək kontagioz virus xəstəliyidir. Qızdırma, ağız selik qişasında, dəridə, yelində, dırnaqarası nahiyələrdə aftaların əmələ gəlməsi, cavan heyvanlarda isə miokardın və skelet əzələlərinin zədələnməsi ilə müşayət edilir. Bütün cütdırnaqlı heyvanlar, dəvələr, nadir hallarda atlar və digər heyvanlar Dabaq xəstəliyinə yoluxa bilər.
Dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda, bəzən dövlətin bütün ərazisində təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.
Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsi ilə yayılaraq böyük ərazilərə sirayət edir. Yoluxma əsasən ağızın selik qişasından, yelinin və ətrafların zədələnmiş nahiyəsindən, həmçinin aerogen yolla baş verir. Ölüm 0,2-0,5%, buzovlarda 50%-ə qədər, südəmər çoşqalarda 60-80% arası olur.
Bəs, xəstəliyin Azərbaycanda geniş yayılmasının səbəbi nədir?
Bu barədə Gununsesi.info mötəbər mənbələrdən məlumat alıb. Məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Gürcüstandan xəstəliyə yoluxmuş heyvanlar gətirib.
Xidmətin həyata keçirdiyi özünəməğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qara və qoyun, quzu, keçi qeydiyyatdan keçmiş vətəndaşlara paylanır.
Mənbə bildirir ki, Məşğulluq Xidməti heyvanların sağlamlığını ciddi şəkildə yoxlamalı, idxalı baytar nəzarəti altında həyata keçirməli olduqları halda məsuliyyətsizlik nümayiş etdiriblər.
Mediada, sosial şəbəkələrdə dəfələrlə xəstə, yararsız mal-qaranın əhaliyə verdildiyini təsdiq edən vidolar yayılıb və bu, Xidmətin işinə necə yanaşdığını göstərir.
Məlumatda qeyd olunur ki, dabaq virusun məhz adıçəkilən dövlət qurumunun xətti ilə gətirilən heyvanlar vasitəsi ilə yaylmasını Qida Təhlükəsizliyi Agentliyi də təsdiqləyib, bu barədə müvafiq akt tərtib olunub, arayış hazırlanıb.
Amma AQTA rəhbərliyi bəzi səbəblərdən bu məlumatıl ictimaiyyətdən gizlədib.
Vahid Məhərrəmli bildirir ki, Gürcüstanda mal-qaraya baytar nəzarəti güclüdür, amma xəstə heyvanların olması da mümkündür: “Əvvəllər belə idi: mal-qara hansı ölkədən alınırdısa, müvafiq qurumun nümayəndələri həmin ölkəyə səfər edib, heyvanların saxlanıldığı təsərrüfata baş çəkib onların sağlam olduqlarına əmin olurdular. Bundan sonra idxal həyata keçirrdilər, indi necə edirlər, bunu bilmirəm”.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb