"Hazırkı mətndə bu, 10 min manatdan 50 min manatadək..." - Deputatdan açıqlama
24-10-2025 [15:19]
Parlamentdə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunub.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı deputat Vüqar Bayramov Milli Məclisdə çıxış edib.
Onun sözlərinə görə, təklif olunur ki, cinayət predmeti dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə olunur:
"Mövcud mətndə 4 mindən 8 min manatadək miqdarı kimi qeyd olunur. Daha məqsədəuyğun olardı ki, minimum məbləğdə qeyd olunsun, məsələn, 4 min manatdan az olmamaqla 50 faizindən 70 faizinədək miqdarındakı kimi. Bu, rəqabətin məhdudlaşdırılması ilə bağlıdır. Həmin maddədə üfüqi və şaquli sazişlərlə yanaşı, kartel sövdələşmələrin də ayrıca qeyd edilməsi məqsədəuyğun olardı. Doğrudur, kartel sövdələşmələri də milli təsnifatda üfüqi sazişlər kimi qiymətləndirilir. Amma əksər aparıcı dövlətlərdə bu, ayrıca olaraq qeyd olunur. Eləcə də, rəqabəti məhdudlaşdıran digər anlaşmaların da ayrıca qeyd olunmasını təklif edərdim”
Deputat qeyd edib ki, “xeyli miqdar” dedikdə 200 min manatdan 500 min manatadək olan məbləğ nəzərdə tutulur: “Hazırkı mətndə bu, 10 min manatdan 50 min manatadək olan məbləğ kimi nəzərdə tutulub. “Külli miqdar” mövcud mətndə 50 min manatdan yuxarı, təklif olunan redaksiyada isə 500 min manatdan yuxarı olan məbləğ kimi qeyd olunur. Göründüyü kimi, rəqəmlərdə ciddi dəyişiklik var. Bu rəqəmlərdə müntəzəm dəyişiklik olmaması üçün onun xüsusi meyarla əlaqələndirilməsi məqsədəuyğun olardı.
Məsələn, minimum əməkhaqqının müəyyən misli kimi qeyd oluna bilər. Doğrudur, uyğunlaşdırma meyarına yanaşma birmənalı deyil. Amma nəzərə almaq lazımdır ki, hazırda bir sıra göstəricilər minimum əməkhaqqıya bağlıdır, məsələn, sosial haqların məbləği və s. Minimum əməkhaqqı ilə bağlılıq ona görə mümkündür ki, bu əməkhaqqı məbləği Prezidentin sərəncamı ilə müəyyənləşir və deməli, bağlılıq üçün tam hüquqi əsas formalaşır”.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb