"Xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir" - Natiq Cəfərli Mərkəzi Bankdakı görüşdən danışdı
24-10-2025 [10:24]
"Oktyabrın 22-də Mərkəzi Bankın (MB) rəhbəri hörmətli Taleh Kazımovun dəvəti ilə bir qrup iqtisadçılarla görüşdə iştirak etdim. Əvvəl onu qeyd edim ki, vacib dövlət qurumu olan MB-ın ekspertlərlə görüşü artıq ənənəyə çevrilib və bu digər hökumət qurumları üçün də örnək olmalıdır".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadşı, ReaL partiyasının sədri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, təqribən 3 saata yaxın davam edən görüşdə müxtəlif məsələlər ətrafında açıq müzakirələr aparılıb:
"Həmkarlarımın qaldırdığı problemlərin bir çoxu hökumətin işi ilə bağlı idi, Mərkəzi Bankın səlahiyyətlərini aşırdı, sadəcə, hökumət qurumları açıq söhbətdən qaçırlar deyə, məcburən dövlət qurumuna iradlarımızı bildirdik.
Mənim üçün iki önəmli məsələ oldu, onları qeyd edim:
1) Taleh Kazımov qeyd etdi ki, şəxsən özü və rəhbəri olduğu dövlət qurumu kiçik sahibkarlar üçün 2006-cı ildə tədbiq olunan və israrla dəyişdirilməyən 200 minlik dövriyyə limitinin dəyişdirilməsinin tərəfdarıdır. İndi kiçik sahibkarın dövriyyəsi 200 mini keçən kimi “şanlı” vergi orqanları onları ƏDV-yə cəlb edir, 18% əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Bu doğru deyil, 200 minlik məbləğ çox aşağıdır, ən azı, 500 min manat olmalıdır.
Xatırlayırsınızsa, bu problemi illərdir qaldırıram, kiçik sahibkarlara dəstək olmağa çalışıram, xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir.
2) Mərkəzi Bank ölkədə ÜDM-ın artım tempinin aşağı, inflyasiyanın yuxarı olmasından narahatdır, amma əlində olan alətlərlə bu problemlərin həllində aktiv ola bilmir. Mən onu da əlavə edim ki, indiki iqtisadi sistem o qədər primitivdir ki, MB-ın iqtisadi alətlərlə tənzimləmə imkanlarını məhdudlaşdırır. Deməli, məntiqlə, iqtisadi sistemdə köklü islahatlara getmək lazımdır ki, Mərkəzi Bank da öz regulyativ funksiyalarını effektiv yerinə yetirə bilsin".
Samir MUSAYEV
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb