İlham Rəhimovla Rəbiyyət Aslanovanın keçmişdəki "tarixi toy"u... - Elə iddialar var ki...
24-10-2025 [09:11]
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi də daxil olmaqla, ağır ittihamlarla cinayət təqibi başlayandan və məhkəmə tərəfindən istintaq müddətində ev həbsi qətimkan tədbiri seçiləndən sonra uzun illər ölkənin rəhbərliyində təmsil olunan bu şəxs haqda müxtəlif faktlar, şahidlərin açıqlamaları yayılmaqdadır.
Bakupost.az xəbər verir ki, bunlardan birini də Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün paylaşımı olmuşdu.
O bildirmişdi ki, 2005-ci il parlament seçkilərində Ramiz Mehdiyevin birbaşa təzyiqi ilə onun namizədliyi məhkəmə tərəfindən ləğv edilmiş, nəticədə Rəbiyyət Aslanova Balakəndən deputat seçilmişdi (Osman Gündüz vaxtilə Balakən rayonunun icra başçısı vəzifəsində işləyib və Balakən rayonunda da anadan olub. Rəbiyyət Aslanova isə Kəlbəcərdəndir).
Bunun ardınca isə daha bir iddianı siyasətçi Cahandar Bayoğlu ortaya atıb. O iddia edib ki, vaxtilə Putinin dostu və tələbə yoldaşı İlham Rəhimovla Rəbiyyət Aslanova arasında baş tutan nikah əslində Rusiya xüsusi xidməti ilə FETÖ-nün siyasi izdivacı imiş. Belə ki, bütün bunlar Ramiz Mehdiyevin icraçılığı ilə reallaşdırılan qlobal proje olub, əsas məqsəd isə R.Aslanovanın həmin vaxt 35 yaşında olan və PA-da şöbə müdiri vəzifəsində çalışan oğlu Elnur Aslanovun siyasi olimpə doğru irəliləyişini təmin etmək imiş.
Bu iddianı təsdiqləyənlər arasında sabiq millət vəkili Fərəməz Novruzoğlu da var. O da bu izdivacın “siyasi”, Rusiya və FETÖ arasında gerçəkləşən razılaşmanın məntiqi sonluğu olduğunu vurğulayıb. Xatırladıb ki, bu məsələni hələ 2023-cü ildə gündəmə gətirib.
Qeyd edək ki, İlham Rəhimov və Rəbiyyət Aslanova 2012-ci ildə evlənmişdilər. Onların bu nikahı bir neçə ay çəkmişdi/BakuPost
Yeri gəlmişkən, İlham Rəhimov hazırda müğənni Ruhi ilə evlənib. Onların Bakıda hətta media orqanları belə var.
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb