Özümüzü aldatmayaq: “Qarabağ”ın ən böyük motivasiyası əslində nədir? - CƏDVƏL
22-10-2025 [19:38]
“Qarabağ” Futbol Klubunun (FK) Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 3-cü turu çərçivəsində oyunu səfərdə, ispan klubu olan “Atletik” (Bilbao) ilə olacaq.
Mia.az xəbər verir ki, bu mərhələdə oyun cədvəlində “Qarabağ” 6 xalla 4-cü, “Atletik” isə xalsız 34-cü yerdə qərar turub.
Görəsən, “Atletik” ilk xalını “Qarabağ”la oyunda ala biləcəkmi?
Cədvəldə 34-cü yerdə olmaq heç də “Atletik”in zəif olması demək deyil.
Əksinə, mia.az-ın əməkdaşının sualına cavabında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, “Atletik” zəif komanda deyil və onlar oyuna ciddi hazırlaşırlar: “İspanlar çox sürətli oyun nümayiş etdirirlər və buna hazır olmalıyıq”.
Ümumiyytlə, Qurbanov indiyə qədər heç bir rəqibi xəfifə almayıb. Turnir cədvəlindəki avantajlı yerə də çox güvənmək istəmir deyəsən.
Növbəti oyunlarda ən azı 12 xal qazanmaq lazımdı.
Yeri gəlmişkən, oyun bu gün, saat 20.45-də başlayacaq.
Qurbanovun ispanlarla oyunda 32 yaşlı mərkəz müdafiəçisi Kevin Medinaya yönəlik hesablaması əslində anlaşılan deyil. Düzdü, Medina meydanda istənilən mövqedə özünü rahat hiss edir. Onun əsas üstünlüyü sol ayaq oyunudu. Amma Medina cəld və dözümlüdürmü?
Qurbanov bir tərəfdən deyir ki, ispanlar bizi tempdə saxlayacaq. Medina axı 90 dəqiqə dözümlüsü deyil axı. Dəfələrlə Qurbanov onu 50-60-cı dəqiqələrdə əvəz edib. Üstəlik, Medina bəzən çox aqressiv ola bilir. Qırmızı vərəqə ilə komandanı ağır vəziyyətdə qoya bilər. Ən azı sarı vərəqə alacağını düşünürəm mən hazırda.
Bu arada komandaların heyəti hələ açıqlanmayıb. Düzdü, protokola görə, oyuna 40 dəqiqə qalmış heyətlər bəlli olur. Amma oyun üçün heyət ərizəsini də əslində görə bilməmişik. Qurbanovun əsas heyətdə hücumçu olaraq Nəriman Axundzadəni, yoxsa Kamilo Duranı oynadacağını bilmək istərdim. İspanların templi oyununu Axundzadədən daha çox portuqaliyalı Duranın anlayacağını düşünürəm.
Göründüyü kimi, rahat aurada bir komanda var qarşımızda və mən bunun səbəbini bir az da pul məsələsinə bağlayıram.
“Qarabağ”ın mərhələ keçməsi nəticəsində əldə etdiyi vəsait bildiyiniz kimi, “evin içində” qaldı. Yəni, pulu sağa-sola xərcləyib zay etməyiblər. Bundan sonranın rahatlığı var komandada. Bu, mühüm psixoloji amildi. O puldan bir az xərcləyib Ramil Şeydayevi gətiriblər, vəssalam. Hələ mərhələ keçdikcə, pulun ardı da gəlir. Kim nə deyir desin, nə bilim, əqidə, sistem-filan, “Qarabağ”ın hazırda ən böyük motivasiyası birdən-birə əldə etdiyi qazanc və onun ağılla idarə edilməsidi. Transfer edərək pulu dağıtmayan klubun büdcəsi uzunmüddətli hədəflərin qarantiyasını təşkil edib. Bu, komandaya ruhən rahatlıq və oyunlara psixoloji yüklənmək hissi gətirib.
Komandanın ikinci şansı baş məşqçidi. Bizim ölkədə Q.Qurbanovdan başqa heç bir baş məşqçi bu qədər uzunmüddətli qalmayıb öz postunda. Bu qədər qorunub müdafiə edilməyib. Zaman-zaman onu da istefaya çağırıblar. Klub rəhbərliyi hər zaman onu açıq müdafiə edib. Bu çox əhəmiyyətlidi və komanda daxilində baş məşqçinin nüfuzunu artırır.
Hazırda Qurbanovun klubunun uğurları və dayandığı nöqtə azarkeşlərin və futbolsevərlərin gözündə elə bir yerdədi ki, hər hansı məğlubiyyətin yükünü toplum olaraq çəkmək psixoloji mümkün olmayacaq. Lakin bu qədər ümidlənib sonra yarı yolda dayanmaq da Qurbanovun bitməsi ola bilər.
Bu axşamkı oyuna gəlincə, dediyim kimi, heyətlər bəlli deyil. Amma hakimlərin təyinatı açıqlanıb. Bir azdan Bilbaoda “San Mames” stadionunda baş tutacaq görüşə Xorvatiya və İsveçrədən olan hakimlər təyinat alıb. Qarşılaşmanı xorvatiyalı İqor Payaç idarə edəcək. Onun həmyerliləri Boyan Zobeniça və İvan Mixali isə oyunun baş hakiminin köməkçiləri olacaq. Zdenko Lovriç dördüncü hakimdi. VAR hakimliyi İvan Bebek və isveçrəli Fedayi Sana həvalə edilib.
Onu da qeyd edək ki, oyunu meydanda 400-dən çox azərbaycanlı azarkeş də izləyəcək.
P.S. Yazı sayta yerləşdirilərkən UEFA "Qarabağ"ın əsas 11-liyinin siyahısını səhifəsində paylaşıb.
Zülfiyyə Mustafayeva
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb