Qurban Qurbanov: “Çox çətin oyunlarımız var” - “Atletik”lə oyun öncəsi baş məşqçi jurnalistlərin qarşısına çıxdı
22-10-2025 [09:50]
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində səfərdə "Atletik"(Bilbao) klubu ilə qarşılaşacaq "Qarabağ" Futbol Klubu (FK) dünəndən artıq İspaniyadadı.
Mia.az xəbər verir ki, oyun oktyabrın 22-də saat 23.00-da başlayacaq.
Dünən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov komandasının müdafiəçisi Kevin Medina ilə birlikdə oyundan əvvəl mətbuat konfransı keçirib.
Baş məşqçi bildirib ki, "Atletik"in təcrübəli baş məşqçisi var: “Rəqib xal fərqini yaxşılaşdırmaq üçün qalib gəlməyə can atacaq. Bizim də təcrübəmiz ildən-ilə artır. Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq. Bu cür rəqibin tempinə davam gətirməliyik. Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar”.
Qurbanov onu da bildirib ki, Marko Yankoviçin komandayla məşqi davam edir: “Bəlkə də idman formasından bir az uzaqdır. Hər bir halda, onun təcrübəsindən istifadə etməyə çalışacağıq. Lakin onun ilk dəqiqlərdən, yoxsa sonradan meydana buraxacağımız barədə qərar verməmişəm”.
Baş məşqçi rəqibin də oyununu analiz edib: “Rəqib çox dinamik futbol oynayan komandadır. Topu rəqib meydançasına daha tez çatdıran kollektivlərdən biridir. Bu da bizə çətinlik yarada bilər. Çünki belə olduqda meydanda asan yerləşə bilmirik. Necə ki onlar rəqibə öz oyununu oynamağa imkan vermirlər, biz də bunu qarşı tərəfə tətbiq etməyə çalışırıq. Bu gün hər şeyə real baxmalıyıq. "Atletik"ə böyük hörmət bəsləyirik. Yenə də deyirəm, rəqibin təcrübəli baş məşqçisi, bacarıqlı, keyfiyyətli futbolçuları var. Ola bilər ki, bu təcrübə bizi üstələsin, amma dəfələrlə bu cür oyunlarda iştirak etmişik və uğurlu nəticələrimiz az olmayıb. Futbolçularımdan əsas istəyim bu cür rəqiblərə qarşı oyunlarda daha dözümlü olmalarıdır. 90 dəqiqə ərzində tempə dözməliyik”.
Oyunla bağlı fikirlərini həmçinin Kevin Medina bölüşüb. Müdafiəçi deyib ki, bu, hər iki tərəf üçün çox çətin oyun olacaq: “Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı yox, bütövlükdə “Atletik” komandasınadır. Onlar klubun simalarıdı, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq”.
Medina həmçinin ötən mövsümdəki çıxışından nəticə çıxardığını və bu mövsüm daha yaxşı formada olduğunu vurğulayıb: “Keçən mövsüm öz istədiyim səviyyədə deyildim və bu, mənim üçün böyük motivasiya oldu. Öz üzərində çox işlədim, psixoloji cəhətdən də daha güclü oldum. Hazırda əla hiss edirəm. İnsan səhvlərdən nəticə çıxarmalıdır və mən bu mövsüm əvvəlkindən daha yaxşıyam”.
Zülfiyyə Mustafayeva
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb