Hadrutda “Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirilib - FOTO
21-10-2025 [18:58]
"Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində "Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasın əsas müzakirə mövzusu "Azərişıq” ASC-nin yarandığı gündən etibarən 10 il ərzində Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasındakı fəaliyyəti, xüsusən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri olub.
Qeyd edilib ki, qurumun əsas prioriteti ölkənin bütün regionlarında, o cümlədən ən ucqar dağ kəndlərində belə vətəndaşları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə tərtib edilmiş layihələrə əsasən növbəli şəkildə bütün kənd və qəsəbələrdə köhnəlmiş, yararsız elektrik təsərrüfatı yenidən qurulur. Yeni güc mərkəzləri yaradılır, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir. Smart sayğaclar quraşdırılır. Həmçinin son dövrlərdə tətbiq edilən SCADA sistemi yaşayış məntəqələrində gərginliyə nəzarət, yarana biləcək qəzaların ən qısa zamanda aradan qaldırılması baxımından önəmli yenilikdir.
İclasda Qarabağ və Şərqi Zəngəzurda aparılan təmir-bərpa və yenidənqurma işlərindən bəhs edilərkən vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə "Azərişıq” ASC-nin əməkdaşları ordumuzun ardınca irəliləyərək əsas obyektləri işıqla təmin edib. Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq Kəlbəcər, Laçın, Şuşa kimi çətin relyefə malik ərazilərdə üzərinə düşən öhdəlikləri yerinə yetirib. 5 il ərzində bütün rayonlarda böyük güc mərkəzləri yaradılıb, Ağıllı kənd və Ağıllı şəhər layihələrinə uyğun elektrik təsərrüfatı qurulub. Xüsusən ekoloji cəhətdən daha səmərəli olan EDM-lər (Enerji Doldurma Məntəqələri) quraşdırılıb.
Doğma torpaqlara qayıtmış sakinlər yüksək səviyyədə elektrik enerjisi ilə təmin edilib. Görülən işlərlə yanaşı bir çox xarici ölkələrdən gələn qonaqlarla birgə Qarabağa səfərlər təşkil olunub. Tətbiq edilən innovativ yeniliklər qonaqlara təqdim edilib. Həmçinin Qarabağda sakinlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib. Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş Türkdilli Dövlətlərin gənc energetikləri arasında "Peşə Ustalığı Yarışları” və bu qəbildən olan müsabiqələr Qarabağda təşkil olunub.
İclasın sonunda bildirilib ki, Səhmdar Cəmiyyətlə ictimaiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması məqsədilə gələcəkdə də belə tədbirlər davam edəcək.

ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib