Su Ehtiyatları Agentliyi büdcənin "ağzı"nı açıb
21-10-2025 [17:29]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ su təsərrüfatı ilə bağlı 3 tenderin qaliblərini müəyyənləşdirib.
Mia.az FED.az-a istinadla xəbər verir ki, ilk tenderin qalibi “Geo-Eco Innovation Center” MMC (VÖEN: 1005260851) olub. Şirkət Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazisində ümumilikdə 240 hektar torpaq sahəsinin su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə qapalı suvarma və drenaj şəbəkəsinin tikintisini həyata keçirəcək. Tenderin ümumi dəyəri 1 500 573 manat təşkil edir.
Qeyd edək ki, “Geo-Eco Innovation Center” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Samir Sevdimalıyev Tehran oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 3, m.22-dir.
İkinci tenderin qalibi “Protean Construction” ASC (VÖEN: 9900062801) seçilib. Bu tender çərçivəsində Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinin su təchizatı, tullantı su şəbəkəsi və müvafiq qurğularının tikintisi nəzərdə tutulur. Tikinti işlərinin dəyəri 4 002 828 manat təşkil edir.
Qeyd edək ki, “Protean Construction” ASC (VÖEN : 9900062801) 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.
Üçüncü tenderdə isə qalib “Aztikintiservis” MMC (VÖEN: 3103031301) olub. Şirkət Araz çayının yeni qolu vasitəsilə yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə I mərhələnin icrasını – torpaq məcralı paylayıcı kanallarda su itkisinə qarşı mübarizə tədbirlərini həyata keçirəcək. Bu layihənin dəyəri 15 892 487 manat müəyyən edilib.
Qeyd edək ki, “Aztikintiservis” MMC 2019-cu ildə təsis olunub, nizamnamə kapitalı 100 AZN-dir. Şirkətin qanuni təmsilçisi Paşa Papaqçıyev Yusif oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 11-dir.
Ümumilikdə “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən həyata keçirilən bu üç tenderin dəyəri 21 395 888 manat təşkil edib.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb