İcra başçısının 615 minlik sövdələşməsi şübhə yaratdı
21-10-2025 [15:19]
Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhəri üzrə İcra Nümayəndəliyi "Elman” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Mia.az qaynarinfo-ya istinadla xəbər verir ki, müqavilədə Samux şəhərində bir sıra yol və küçələrdə əsaslı təmir işləri nəzərdə tutulur.
Təmir işlərinə görə şirkətə 615 449,34 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Elman” MMC 28 dekbar 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı qeyd edilməyib. "Elman” MMC-nin hüquqi ünvanı Yevlax rayonu, Aran qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Zakir İbrahim oğludur.
Ondan əvvəl şirkəti Ələkbərov Namit Cəlal oğlu, daha əvvəl isə Süleymanov Elnur Talış oğlu təmsil edib. Bu şəxslərinin heç biri haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. "Elman” MMC haqqında da məlumat yoxdur. Şirkətin maddi-texniki bazasının səviyyədə olduğu məlum deyil.
Bununla belə, Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhəri üzrə İcra Nümayəndəliyi bir qayda olaraq təmir və abadlıq işlərini bu şirkətə tapşırır. Ötən il qurumla şirkət arasında 387 786,78 manatlıq, 2023-cü ildə isə 298 901,32 manatlıq satınalma müqaviləsi imzalanıb. Hər iki müqavilədə yolların və küçələrin əsaslı təmiri nəzərdə tutulub.
Həmçinin 2023-cü ildə Samux Rayon İcra Hakimiyyəti ilə "Elman” MMC arasında abadlıq işləri ilə bağlı 213 944,68 manatlıq müqavilə imzalanıb.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Elman” MMC yalnız Samux Rayon İcra Hakimiyyəti və Samux Şəhər İcra Nümayəndəliyində sifarişlər alır. Bu da müəyyən şübhələr yaradır. Axı "Elman” MMC alternativssiz şirkət deyil. Azərbaycanda kifayət qədər populyar inşaat şirkətləri mövcuddur. Necə ola bilər ki, Samux Rayon İcra Hakimiyyəti və Samux şəhər İcra Nümayəndəliyinin tenderlərini yalnız "Elman” MMC qazanır? Bu sualın cavabı açıq qalır.
Samux Rayon İxra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir. O. 2023-cü ildən Samuxa rəhbərlik edir. Təsadüfə baxın ki, "Elman” MMC də məhz Firdovsi Əliyev Samuxa icra başçısı təyin ediləndən sonra tenderlərdə qalib gəlməyə başlayıb.
Firdovsi Əliyev 1995-2000-ci illərdə deputat olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib. O, 2004-2023-cü ilədək isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.
Firdovsi Əliyevin Samux şəhəri üzrə nümayəndəsi isə Elşad Qasımovdur. Bu şəxsin adı tender əməliyyatlarında hallanır.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb