Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTOLAR
20-10-2025 [15:10]
Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) fəaliyyəti və iş mühiti ilə yaxından tanış olub.
Mia.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “ARAZ” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsinin ofislərini ziyarət edib. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, insan resurslarının idarə edilməsində tətbiq olunan beynəlxalq standartlar və innovativ iş mühiti barədə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti ilə VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun, eləcə də Şirkətlər Qrupunun digər rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Aydın Talıbov 30 ildən artıq fəaliyyəti ərzində Veysəloğlu Şirkətlər Qrupunun ölkə iqtisadiyyatına verdiyi töhfələr, məşğulluğun təşviqi, sosial məsuliyyət və dayanıqlı inkişaf sahəsində həyata keçirilən layihələr barədə geniş məlumat verib. A. Talıbov bildirib ki, ölkədə iş adamları və özəl sektor üçün yaradılmış münbit şərait, eləcə də dövlətin davamlı dəstəyi real bizneslərin formalaşmasına və inkişafına geniş imkanlar yaradır.
Öz növbəsində Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyev iş dünyasının aparıcı nümunələrindən biri olan Veysəloğlu Şirkətlər Qrupunun və onun tərkibində fəaliyyət göstərən bizneslərin fəaliyyətini yüksək qiymətləndirib. O, Qrupa daxil olan şirkətlərdə əməkdaşlar üçün yaradılan iş şəraitinin, yeni iş yerlərinin açılmasının, xüsusilə regionlarda qadın məşğulluğuna dəstəyin, gender bərabərliyinin təşviqinin və yeni peşə sahiblərinin hazırlanmasında göstərilən səylərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə “ARAZ” supermarketlər şəbəkəsinin İnsan Resursları və Biznesə Dəstək direktoru Pərviz Qasımov da çıxış edərək “ARAZ Akademiyası”nın fəaliyyəti barədə ətraflı məlumat verib. O, təlim və sertifikasiya proqramları, pərakəndə satış sahəsində insan kapitalının yetişdirilməsi təşəbbüsləri, həmçinin dual təhsil modelləri çərçivəsində peşə məktəbləri və kolleclərlə əməkdaşlığın vacibliyi barədə danışıb.
Həmçinin pərakəndə satış texnologiyaları, innovasiyaların tətbiqi və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələr barədə də geniş məlumat verilib.
Görüşdə iştirak edən “ARAZ” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov işğaldan azad olunmuş ərazilərdə “ARAZ” satış nöqtələrinin yaradılması, logistik imkanların genişləndirilməsi məqsədilə Cənubi Qafqazın ən iri logistika mərkəzlərindən biri sayılan Məmmədli Logistika Mərkəzində görülən işlər, eləcə də qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Tərəflər növbəti dövrdə sahəvi peşə hazırlığı, sertifikasiya və məşğulluğun genişləndirilməsi ilə bağlı birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb