Partiya sədri: "Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz"
20-10-2025 [00:14]
"Rəsmi məlumata əsasən, gələn il Azərbaycanda 67 şəhər və rayondan cəmi 1-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, ona dövlət büdcəsindən vəsait ayrılacaq. Həmin rayon Xocavənddir. Onun yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2026-cı ilin büdcəsində 847 min manat vəsait nəzərdə tutulub.Beləliklə, 66 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək".
Mia.az xəbər verir ki, bu sözləri ReaL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, bu, doğru məlumat deyil: "Bu yalan məlumatlar, yanlış hesabatlar kimə lazımdır axı?! Maliyyə Nazirliyi, hökumət hansısa rayonun gəlirini, xərcini necə hesablayır?! Azərbaycanda vergi mərkəzləşdirilib, bizdə yerli vergilər yoxdur. Yaxşı, məsələn, Ağdam, və ya Zərdab öz xərcini necə ödəyir?! Xub, Ağdam və Zərdabın gəliri necə hesablanır?! Hansı indikatorlar var?!
Daha bir sual: məsələn, Ağdamda indi böyük quruculuq işləri gedir, hətta şəhər daxilində yollar çəkilir, binalar tikilir, sosial obyektlər inşa edilir və bunun üçün dövlət büdcəsindən vəsait ayrılır. Yaxşı, belədirsə, məsələn, “Ağdam şəhəri öz xərclərini ödəyir”, cümləsi nəyi ifadə edir? Hansı xərclərini ödəyir? Ödədiyi xərclər varsa, onun mənbəyini nə formalaşdırır?!
Bəsdirin da, olmaz axı, nə qədər mənasız işlərlə, kağız üzərində manipulyasiyalarla məşğul olacaqsınız?! Prezident tapşırıq vermişdi ki, yerli xərclər, yerli gəlirlərlə qarşılansın. Bu yanaşma doğrudur, amma hökumət sadəcə kağız üzərində, yuxarıya xoş gəlmək üçün mexanizmi izah etmədən, güya, tapşırığı yerinə yetirdikləri görüntüsü yaratmaq istəyir. Belə “Potyomkin kəndləri” tikməklə hökumət hara qədər vəziyyəti gizlətməyə, problemləri “xalça altına süpürməyə” davam edəcək?!".
Partiya sədri deyir ki, Azərbaycanda Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz: "Sadəcə, həm də ona görə ki, heç bir rayon və şəhər ayrıca vergi yığmır, rüsumlar dediyim kimi, mərkəzləşdirilib. Tapşırığa əməl etmək istəyirsinizsə, bunun bircə yolu var: rayon və şəhərlərdə İcra Hakimiyyəti institutunun ləğvi, bələdiyyələrin gücləndirilməsi, yerli büdcələrin yerli vergi, rüsum və ödənişlərlə formalaşdırılması (məsələn, parkinq, lisenziya, rüsum, nəqliyyat və s.) , sonra da hesab-kitabı ortalığa tökməklə, hansı rayonun və şəhərin nə qədər gəliri və xərcləri olduğunu, bu gəlirin onun xərclərini qarşılayıb-qarşılamadığını söyləmək mümkündür. İndiki sitemdə belə xəbərlər, sadəcə, gözdən pərdə asmaq, fəaliyyət görüntüsü yaratmaqdır...".
Samir
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb