“AzərTac” Ramiz Mehdiyevi boz kardinal elan etməklə nə məqsəd güdür?
18-10-2025 [10:24]
Bu, daha çox dövlətə və dövlət məmuruna rişxənd etmək anlamına gəlir
Qəzetimizin sırağagünkü sayı (28.05.2004 N:105 (1875)) çapa hazırlanarkən “AzərTac”dan gələn qəribə bir məlumat çaşqınlığımıza səbəb oldu. “Azad Avropa” radiosunun şərhçisi Liz Füllerin "Boz kardinal müxalifəti tənqid edir" məqaləsi ilk baxışda belə təəssürat yaradır ki, yazıda söhbət hansısa orta əsr siyasi xadimlərindən gedir. Çünki yazının sərlövhəsində yer alan "boz kardinal" ifadəsi feodal Avropasından miras qalmış termin olmaq şərti ilə bir qayda olaraq, xəlvəti işlər quran, başqa sözlə desək "saman altdan su yeridən" təkəbbürlü və avtoritar siyasətçilərin xarakterini ifadə edən anlayış kimi işlədilir. Anlayışın etimologiyası barədə biraz sonra...
Şərhçinin yazdıqlarını oxuduqdan sonra məlum olur ki, yazıda bircə dəfə də olsun “boz kardinal” işlədilməyib, əksinə söhbət Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gedir. İşi siyasi və mənəvi tərəfləri də məhz burdan qaynaqlanır. Nə üçün dövlət rəsmi teleqraf agentliyi hakimiyyətdə təmsil olunan şəxslərdən biri haqqında yoxlanmamış məlumatlar yayır?
Müasir siyasi terminalogiyada adətən bütün fəaliyyəti pərdə arxasında və müəmmalı formada cərəyan edən şəxslər haqqında işlədilən sözügedən ifadə Ramiz Mehdiyevin nə şəxsi keyfiyyətlərinə, nə də ki, ictimai rəydə artıq çoxdan formalaşmış tanış obrazına uyğun deyil. Bu daha çox dövlətə və dövlət məmuruna rişxənd etmək anlamına gəlir. Təbii ki, rəsmi agentlik heç bir informasiya yükü olmayan məlumatı yaymaqla öz imici ilə yanaşı, dövlətin nüfuzunu da sarsıtmış olur.
Maraqlı nüanslardan biri də məqalənin nə üçün belə sərlövhə ilə getməsidir. Əslində burada məqsəd məlumatın dərc olunması deyil, "boz kardinal" ifadəsini dövriyyəyə buraxmaqdır.
27 may tarixli sayımızın çapa hazırlanarkən saat 7:47-də sözügedən məlumatı aldıq. İnformasiyanı dəqiqləşdirmək məqsədi ilə bir neçə dəfə agentliklə əlaqə saxladıq. Bizim praktikamızda adətən belə hallar tez-tez baş verir. Agentlik isə yaxşı aydınlaşdırma üsulu seçdi və saat 11:38-də məlumatın yeni versiyası elektron poçtumuza daxil oldu. Bu zaman boz kardinal ifadəsi dırnaq işarəsində verilmişdi. Nə cür ifadə edilməsinə baxmayaraq, qəzetdə belə bir yazını vermək niyyətində deyildik. Ümumiyyətlə "Yeni Azərbaycan" qəzetində bu tip yazılar heç vaxt dərc olunmayıb və bundan sonra da belə ucuz təbliğata yer verilməyəcək.
Ancaq yuxarıdan göndərilən məlumatı dəqiqləşdirmədən bir sıra qəzetlər məmnuniyyətlə öz səhifələrində buna yer ayırmış, hətta bəziləri Ramiz Mehdiyevin portretini də əlavə etmişlər. Radionun şərhçisi əslində heç bir kardinaldan söhbət açmır, yazı bütövlükdə R.Mehdiyevin "Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası" məqaləsinə həsr edilib. Məqalədə toxunulan çoxsaylı məsələlər ətrafında diskussiya açmağa dəyməz. Həqiqətəndə qloballaşma şəraitində Azərbaycanı gözləyən perspektivlər geniş müzakirə mövzusudur. Həmin yazı dövlət qəzetləri tərəfindən geniş işıqlandırıldığından digər informasiya agentliklərinin də diqqətini çəkə bilərdi. Məhz buna görə də "Azad Avropa" radiosunun əməkdaşı Prezident Administrasiyanın rəhbərinin fikirlərini şərh edib. Bu istiqamətdə müxtəlif versiyalar üzərində fikirləşməyə dəyər:
1. Düşünülmüş formada “boz kardinal” ifadəsi gündəmə gətirilir ki, bu da konkret maraqlara hesablanmış primitiv jestdən başqa bir şey deyil.
2. Məqalənin internet versiyasında fərqli olaraq AzərTac-ın yazıya təqdimat da yazması heç jurnalist etikası ilə uyğun gəlmir. Ümumiyyətlə R.Mehdiyevin fəaliyyəti cəmiyyətə yaxşı tanış olduğundan əlavə biblioqrafik məlumat yazmağa ehtiyac yox idi.
3. Yazını bir neçə qəzetdə eyni vaxtda dərc olunması sifariş kimi də qiymətləndirilə bilər. Ancaq bu sifarişin təşkilatçılarının qeyri-profesionallığı ilk baxışdan diqqəti cəlb edir.
4. Digər tərəfdən, Azərbaycan məmurunu katolik kilsəsinin iyerarxiyasında təmsil olunan rütbə ilə çağırılması ən azı, mənəvi prinsiplərə cavab vermir. Görünür, kimsə internet səhifəsində gördüyü fürsəti fövtə vermək istəməyib, nəticədə isə "ayı xidməti" göstərmiş olub.
Qeyd: Məqalə 28.05.2004 tarixində "Yeni Azərbaycan" qəzetində dərc edilib. Mövzu aktual olduğu üçün yenidən paylaşılıb.
Natiq Məmmədli,
yeniazerbaycan.com
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb