Naxçıvanda 19 min hektardan artıq sahədə taxıl əkiləcək
16-10-2025 [17:16]
Bu il payızlıq əkin mövsümündə Naxçıvan Muxtar Respublikasında 19 min hektardan artıq sahədə əkin işlərinin aparılması proqnozlaşdırılır.
Mia.az xəbər verir ki, bu barədə Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyində payızlıq əkinlərlə bağlı yaradılmış komissiyanın iclasında məlumat verilib.
İclasda rayon və şəhər icra hakimiyyətlərinin nümayəndələri, Naxçıvanın Dövlət Su Ehtiyatları Agentliyi və Dövlət Statistika Komitəsinin məsul əməkdaşları iştirak ediblər.
Nazir Rafael Quliyev çıxışında kənd təsərrüfatının ölkədə ərzaq təhlükəsizliyi və əhalinin məşğulluğunun təmin olunmasındakı əhəmiyyətindən danışıb, bildirib ki, payızlıq əkin mövsümünün səmərəli təşkili regionun aqrar potensialının gücləndirilməsi, məhsul bolluğunun yaradılması və kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından böyük önəm kəsb edir.
İclasda payızlıq taxıl əkinlərinin gedişatı, rayonlar üzrə mövcud vəziyyət və əkin sahələrinin suvarma suyu ilə təminatı barədə məlumat verilib. Nazirlik və aidiyyəti qurumların Araz çayından və Arpaçay dəryaçasından qidalanan su nasos stansiyaları, magistral, təsərrüfatdaxili və baş kanallar üzrə suvarma şəbəkələrinin vəziyyəti ilə bağlı apardığı monitorinqlərin nəticələri iştirakçıların diqqətinə çatdırılıb.
İclasda torpaq və su resurslarından səmərəli istifadə, əkinlərin optimal müddətdə tamamlanması, aqrotexniki tələblərə əməl olunması, suvarma sistemlərinin mövcud vəziyyəti və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması ilə bağlı məsələlər geniş müzakirə olunub. Fermerlərin su təminatına dair məsələlər xüsusi diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə təkliflər səsləndirilib və konkret hədəflər müəyyənləşdirilib.
Payızlıq əkin mövsümünün effektiv və koordinasiyalı təşkili məqsədilə nazirliyin nəzdində xüsusi komissiya yaradılıb. Komissiyanın əsas fəaliyyət istiqamətləri əkin sahələrinin proqnozlaşdırılması, fermerlərin kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının müəyyənləşdirilməsi, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi və torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat məsələlərini əhatə edir. Bundan əlavə, əkinlərin optimal müddətdə başa çatdırılması və suvarma işlərinin səmərəli təşkili də komissiyanın prioritet vəzifələri sırasındadır. Komissiya mövsüm ərzində fəaliyyətini davam etdirəcək və hər həftə iclas keçirəcək.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb