Sabiq nazir: "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir" - "Onların da layiqli cəza almasının vaxtı çatıb"
15-10-2025 [12:04]
"Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək".
Mia.az xəbər verir ki, bunu Globalinfo.az-a keçmiş təhsil naziri Misir Mərdanov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib.
O, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir: "Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verdiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genefonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz!"
M.Mərdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi "Tərtər işi"nin açılmasına müəyyən qədər köməklik göstərə bilər: "Hər bir halda bu, başqa məsələ ilə əlaqədardır. Hazırda istintaq işləri gedir deyə, nəsə demək olmur".
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
O, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019-2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb