“Sədərək”də reklam qurğuları sökülüb
13-10-2025 [18:00]
“Sədərək” Ticarət Mərkəzində yerləşən reklam qurğularının sökülməsi ilə bağlı məlumat yayılıb.
Mia.az xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məsələyə münasibət bildirib.
Bildirib ki, “Reklam haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.
“Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən olunmayıb. İstinad edilən məhkəmə qərarına gəldikdə isə həmin qərarın məzmunu reklam daşıyıcıları ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədardır.
Digər tərəfdən, Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən Agentlik açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.
Ətraflı
Ad - 00:27
Hazırda Azərbaycan Dövlət Reklam Agentliyi mütəmadi olaraq açıq məkandakı reklam daşıyıcılarının yenilənməsi, eləcə də həmin daşıyıcıların “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və digər qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində zəruri tədbirləri görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”ə əsasən reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də sanitariya norma və qaydalarının tələblərinə (o cümlədən, işıqlandırma və elektromaqnit şüalanmasına qoyulan tələblərə) uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməli, təhlükəsiz istismar üçün yararlı olmalıdırlar. Həmçinin Texniki Tələblərin 2.2-ci bəndinə əsasən reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir.
Həvalə olunmuş vəzifələrinin icrası ilə əlaqədar, Dövlət Reklam Agentliyi tərəfindən “Sədərək” Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam daşıyıcılarının sadalanan qanunvericilik aktlarının tələblərinə cavab vermədiyi müəyyən edilib.
Xüsusi ilə vurğulanmalıdır ki, sözügedən reklamlar Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, paytaxtın əsas giriş yollarından biri yerləşən, həmçinin açıq məkana ünvanlanan sahələrdə quraşdırılıb. Həmin reklam daşıyıcılarının mövcud vəziyyəti reklam qurğularına dair müəyyən edilmiş tələblərə cavab verməməklə yanaşı, yerləşdirildikləri ərazilərin estetik görünüşünə də mənfi təsir göstərir.
Yekunda bir daha qeyd edirik ki, Agentlik sahibkarların mülkiyyət hüququna hörmətlə yanaşır və bu hüququn qorunmasını vacib prinsip kimi qəbul edir. Bununla belə, ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması da prioritet istiqamətlərdəndir. Bu səbəbdən, həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasına və ictimai maraqların qorunmasına yönəlib”, - açıqlamada vurğulanıb.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb