Ədəbi gəncliyin parlayan “Ulduz”u
10-10-2025 [16:19]
Azərbaycan ədəbi mühitində yarım əsrdən artıq tarixi olan ədəbi gəncliyin “Ulduz” jurnalı nəsillər arasında mənəvi körpüdür. Onun səhifələrində milli ruh, ədəbi yaddaş və müasir düşüncənin nəfəsi birləşib. Hər dövrün “Ulduz”u oxucusuna yeni ideyalar, fərqli baxışlar, cəsarətli qələmlər tanıdıb. İndi isə bu ədəbi ənənə sərhədləri aşır, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunu artırır.
“Ulduz” jurnalı 9-12 oktyabr tarixlərində İstanbulda, Rami Kitabxanasında təşkil olunan 16-cı Beynəlxalq İstanbul Dərgi Festivalında təmsil olunur. Festival mədəni dialoqun, müxtəlif ideyaların müzakirə meydanıdır. Azərbaycan ədəbiyyatının inkişafına, gənc yazarların yetişməsinə, yaradıcılığın təşviqinə xidmət edən jurnalın beynəlxalq tədbirdə iştirakı həm də milli mətbuat tariximiz üçün böyük önəm daşıyır.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, “DƏRGİBİR” Birliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları tərəfindən təşkil olunan beynəlxalq sərgidə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Həyat Şəmi bildirdi ki, bu cür tədbirlər, sözün və ideyanın sərhədləri aşmasına, müəlliflərlə oxucular arasında yeni əlaqələrin qurulmasına imkan yaradır:
- Baş redaktor Qulu Ağsəsin təklifi ilə dərgini sərgidə şair, filologiya elmləri doktoru Təranə Turan Rəhimli və mən təmsil edirik. “Ulduz” jurnalının təqdimatında onun yaranma tarixi və fəaliyyət yolu barədə iştirakçılara ətraflı məlumat verdik.
Qeyd etdik ki, jurnal 58 illik zəngin tarixə malikdir və yarım əsrdən artıqdır ki, Azərbaycan ədəbi mühitində fəal iştirak edir. Bu müddət ərzində “Ulduz” həm də yeni ədəbi cərəyanların formalaşması və bədii təcrübələrin paylaşılması baxımından əvəzsiz xidmət göstərmişdir. Təqdimat zamanı jurnalın ədəbi-bədii proseslərə təsirini iştirakçılara çatdırmağa çalışdıq, eləcə də “Ulduz”un inkişaf mərhələlərində mühüm dəyişikliklər, yaradıcılıq uğurları və diqqətçəkən hadisələri ətraflı izah etdik.
Bu il sərgidə mühüm yeniliklər olub, Avropa ölkələrində dərc olunan türkdilli jurnalların çoxsaylı stendlərinə yer ayrılıb. Sərgidə iştirak edən Bolqarıstanın Filibe şəhərində nəşr olunan “Nöbettepe” jurnalı ilə “Ulduz” jurnalı arasında dostluq və əməkdaşlıq yaratmaq qərarı aldıq. Qeyd etmək lazımdır ki, “Nöbettepe” Bolqarıstanda nəşr edilən yeganə türkdilli dərgidir və Balkanlarda türk ədəbiyyatının tanıdılmasında xüsusi rol oynayır.
Sərgi günləri boyunca bu əməkdaşlığın bütün təfərrüatları iştirakçılara təqdim ediləcək və jurnalın beynəlxalq platformada əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə fəlsəfi dərinliyi və lirik zənginliyi ilə seçilir. Əvvəllər xarici oxucular ədiblərimizi tez-tez fars və ərəb yazıçıları ilə qarışdırır, milli ədəbiyyatımızın fərqli poetik ənənələrini ayırd edə bilmirdilər. Lakin indi Azərbaycan şairləri tanınır, əsərləri oxunur. Xarici oxucular Azərbaycan poeziyasının tarixi-mədəni konteksti ilə maraqlanırlar. Məsələn, Nizaminin, Füzulinin yaradıcılığında mənəvi dərslər, eləcə də Nəsimi yaradıcılığında əqidə və inancın yüksək fəlsəfi təqdimatı xarici oxucular tərəfindən böyük maraqla qarşılanır(xalqqazeti.az).
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər