Ağdam RİH-in sirli tenderləri: 9 ayda 15 müqavilə və...
09-10-2025 [18:49]
Ağdam Rayon İcra Hakimiyyəti 2025-ci ilin 9 ayında 15 satınalma müqaviləsi imzalayıb.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu müqavilələrin altısı açıq tender, yeddisi kotirovka sorğusu, ikisi isə birmənbə metodu ilə keçirilən satınalma müsabiqəsi üzrə bağlanıb.
İcra hakimiyyətinin açıq tender metodu ilə keçirdiyi müsabiqələrin satınalma predmetləri aşağıdakılardır:
* Ağdam rayon ərazisində abadlaşdırma;
* Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri;
* Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri;
* Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri;
* Quzanlı qəsəbəsi H. Əliyev prospektində yolun əsaslı təmiri;
* Ağdam rayon ərazisində yolların əsaslı təmiri.
Bu satınalma müsabiqələrində "Dream Construction" MMC, "FEB-222 TİXS" MMC və "MR Development" MMC seçilib. Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti 6 satınalma müsabiqəsi üzrə "Dream Construction” MMC ilə 3, "FEB-222 TİXS" MMC ilə 1, "MR Development” MMC ilə isə 2 müqavilə bağlayıb. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 384 530,99 manat təşkil edir.
"Dream Construction” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 manat olan şirkət 2022-ci ilədək "Otaxlı” MMC adı altında fəaliyyət göstərib.
"Dream Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. Şirkətin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.
MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, şirkət 21 ildir fəaliyyət göstərir. Bu müddət ərzində "Dream Construction” MMC-nin hətta veb-saytı hazırlanmayıb. Daha doğrusu, şirkətin saytı var, lakin işləmir. Bu hal ciddi şirkətlər üçün xarakterik olmadığına görə "Dream Construction” MMC-ni həmin kateqoriyaya aid etmək mümkün deyil.
Bəs, bu halda Ağdam Rayon İcra Hakimiyyəti hansı üstünlüklərinə görə ümumi maliyyə dəyəri 816 590,2 manat təşkil edən müqavilələr bağlayıb Sualın cavabı açıq qalır.
"FEB-222 TİXS" MMC də kifayət qədər maraqlı şirkətdir. Ağdam Rayon İcra Hakimiyyəti açıq tender üsulu ilə bir satınalma müqaviləsi imzaladığı bu şirkətlə həm də birmənbə metodu ilə iki müqavilə bağlayıb.
Açıq tender üzrə imzalanan satınalma müqaviləsində Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri, birmənbə metodu üzrə imzalanan müqavilələrdə isə kommunal xidmətlərin satın alınması və Ağdam rayon ərazisində inzibati binanın əsaslı təmiri işləri nəzərdə tutulur.
"FEB-222 TİXS” MMC 20 aprel 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi,ev 69, mənzil 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bağırov Fərhad Elmidar oğludur.
Şirkətə cari ildə 40 manat maliyyə sanksiyası tətbiq edilib. Səbəb isə "FEB-222 TİXS” MMC-nin vergi hesabatını vaxtında təqdim etməməsidir. Açıq mənbələrdə bu şirkət haqqında da heç bir məlumat yoxdur.
İcra Hakimiyyətinin "FEB-222 TİXS” MMC ilə imzaladığı müqavilələrdən görünür ki, şirkət inşaat, həm də xidmət sektorunda fəaliyyət göstərir. Maraqlıdır ki, Ağdam Rayon İcra Hakimiyyəti kommunal xidmətlərin satın alınması və təmir işləri ilə bağlı şirkətlə birmənbə metodu üzrə müqavilələr bağlayıb.
"Dövlət satınalmaları haqqında” Qanunda birmənbə metodunun tətqbiqi halları aşağıdakı kimi təsnifatlaşdırılıb:
49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda.
Ağdam Rayon İcra Hakimiyyətinin bu hallardan hansına istinad edərək "FEB-222 TSİX” MMC ilə birməndə metodu üzrə müqavilələr bağladığına aydınlıq gətirmək üçün qurumla əlaqə saxlamaq cədhlərimiz boşa çıxdı.
Ağdam Rayon İcra Hakimiyyətinin 2 satınalma müqaviləsi imzaladığı "MR Development” MMC-yə gəlincə, şirkət 4 sentyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Toğrul Fikrət oğludur. Açıq mənbələrdə MMC haqqında heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, "MR Development” MMC cari ilin fevral ayınadək "Bozdağ 24” MMC adı ilə faəliyyət göstərib. Maraqlıdır ki, artıq fəaliyyətinin 11-ci ayında Ağdam Rayon İcra Hakimiyyətindən iki sifariş alıb.
Qurumun yeni yaranan, maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli olmayan şirkətə birdən-birə maliyyə dəyəri 300 min manatdan artıq olan iki sifariş verməsi maraqlıdır.
Ağdam Rayon İcra Hakimiyyətinin digər müqavilələri ilə bağlı araşdırmalarımız davam edir.
Qeyd edək ki, Ağdam rayonuna Vaqif Həsənov rəhbərlik edir. O, 2018-ci ildən bu rayonunun icra başçısıdır.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb