Nazirlikdə qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
09-10-2025 [13:31]
Bu il Bakıda keçirilən VIII Dünya Robot Olimpiadası (WRO) üzrə yüksək nəticələr göstərən komandaların diskvalifikasiyası valideynlər tərəfindən etirazla qarşılanıb.
“AzPolitika” xəbər verir ki, onlar Gənclər və İdman Nazirliyinə, Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənova, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edərək övladlarının hüquqlarının bərpası və ədalətin təmin edilməsi üçün kömək tələb ediblər.
Valideynlərin təqdim etdiyi məlumata görə, övladlarını mart-aprel aylarında qeydiyyatdan keçirərək 5 aylıq hazırlığa başlayıblar. 26-28 sentyabr tarixlərində Milli Gimnastika Arenasında keçirilən ölkə seçim yarışlarında komandalar yüksək nəticələr göstərib. Yarışın ilk günü robotlar karantinə alınıb və test mərhələsi keçirilib. 27 sentyabrda əsas raundlar baş tutub və komandalar hər iki raundda yüksək xal toplayıblar. Sonra robotlar yenidən karantinə alınıb, foto və videolar çəkilib.
Valideynlər bildirirlər ki, beynəlxalq qaydalara uyğun olaraq sürpriz raund keçirilib. Bu raundda komandalar mentor dəstəyi olmadan, əvvəlcədən elementlərin yerlərini bilmədən 1 saat ərzində tapşırıqları fərdi şəkildə yerinə yetiriblər və yüksək nəticələr göstəriblər. Yarışın üçüncü günü keçirilən mükafatlandırma mərasimində komandalarımızın bəziləri səhnəyə çıxaraq sertifikat və medallarla təltif olunub. Lakin rəqibləri arasında ən yüksək nəticə göstərən bəzi komandalar xəbərsiz şəkildə diskvalifikasiya olunub.
Müraciətdə vurğulanır ki, diskvalifikasiyanın səbəbi kimi robotların plagiat hesab edilməsi göstərilsə də, bu iddia əsassızdır. Valideynlər iddia edirlər ki, robotlar karantin müddətində hakimlər tərəfindən yoxlanılıb və foto və videoları çəkilib. Bundan əlavə, komandalar sürpriz raundu yüksək nəticə ilə tamamlayıblar və bu raund iştirakçıların bilik və bacarıqlarını əyani surətdə yoxlamaq üçün təşkil olunub.
Yarışdan iki gün sonra Azərbaycan WRO komitəsi qalib komandadakı şagirdlərin valideynləri ilə görüşərək komandaların diskvalifikasiya edildiyini bildirib. Valideynlərin tələbi ilə Rəhman Rəsulzadə bu iddiaları əsaslandırmaqdan imtina edib, sübut təqdim etməyib və rəsmi olmayan bəhanələr göstərib. Valideynlər eyni zamanda qeyd edirlər ki, Rəhman Rəsulzadə onları qanunsuz ərizələrə imza atmağa məcbur etməyə çalışıb. Valideynlər bildirirlər ki, son 5 ildə Bakıda keçirilən WRO-da bu cür qayda pozuntuları dəfələrlə təkrarlanıb. Sosial mediada və müxtəlif platformalarda Kənan Kərimov və Rəhman Rəsulzadənin özbaşınalıqları dəfələrlə qeyd edilsə də, barələrində tədbir görülməyib. Müraciətdə iddia edilir ki, Kənan Kərimov nazirlikdə tutduğu vəzifədən sui-istifadə edərək olimpiadanı şəxsi kommersiya maraqlarına xidmət edən bir mexanizmə çevirib. Rəhbərlik etdiyi yarışda Rəhman Rəsulzadə ilə birlikdə öz övladları və yaxınlarının övladları, eləcə də təhsil biznesi (AREA) komandalarını müxtəlif bəhanələrlə üstünlük aldırır.
Valideynlər həmçinin bildirirlər ki, Rəhman Rəsulzadə yarışın son günü və 1 oktyabrda keçirilən toplantıda bəzi valideynləri şəxsən hədələyib, onlara psixoloji təzyiq göstərib. Valideynlər video çəkilişinə icazə verilməməsini və valideynlərin qanunsuz ərizələrə imza atmağa təhrik olunmasını bu təzyiqlərin sübutu kimi göstərirlər. Müraciətdə vurğulanır ki, bu hal uşaqların psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərib. Valideynlər ölkəmizin nüfuzuna xələl gətirən bu qanunsuz və özbaşına hərəkətlərin araşdırılmasını, məsul şəxslərin qanunvericiliyə uyğun tədbirlər görməsini və övladlarının Sinqapurda keçiriləcək Dünya Robot Olimpiadasında iştirakını təmin etməyi tələb edirlər.
Qalib komandalar və mentorlar:
RoboMission Senior – URA (I yer): mentor Süleymanov Tural Valeh oğlu; valideynlər: Əliyeva Günel, Ağayarova Sevda, Həsənova Raifə.
RoboMission Junior – Punisher (I yer): mentor Cəfərov Rəşad Polad oğlu; valideynlər: Sultanlı Cavid, Səfərova Səidə, Namazova Nailə.
RoboMission Elementary – PROcket (II yer): mentor Abdullayev Seymur Teymuraz oğlu; valideynlər: Abdullayeva Röyalə, Kərimli Gözəl, Mirzəyev Elvin.
RoboMission Elementary – ProElementary (I yer): mentor Süleymanova Ləman Amil qızı; valideynlər: Şirinov Anar, Qasımova Aysel, Bağırova Zenfira.
Müraciətin sonunda valideynlər qalib komandaların nəticələrinin bərpasını və övladların Sinqapurda keçiriləcək Dünya Robot Olimpiadasında iştirakının təmin olunmasını, Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov və AREA rəhbəri Rəhman Rəsulzadə barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini, uşaqlara qarşı psixoloji təzyiq və nəticələrin əsassız ləğv edilməsi hallarının tam araşdırılmasını xahiş edirlər.
Valideynlər həmçinin qeyd edirlər ki, mövcud vəziyyət yalnız WRO-nun gedişində deyil, son 5 ildə də davam edib və ölkənin bu sahədə nüfuzuna mənfi təsir göstərir. Müraciətçilər bildirirlər ki, qısa müddət ərzində bu şikayətlərin araşdırılması və uşaqların haqlarının bərpası zəruridir.
“AzPolitika.info”
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb