Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib
09-10-2025 [10:46]
Oktyabrın 8-i Naxçıvanda Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli xanəndə, professor Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Mia.az xəbər verir ki, konsert proqramında dövlət, hökumət rəsmiləri, Ali Məclisin deputatları, şəhid ailələri, qazilər, mədəniyyət və incəsənət xadimləri, Yazıçılar Birliyinin əməkdaşları və digər təşkilatlar, ziyalılar və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər.
Öncə Xalq artistinin həyatı və səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin rəsmi hissəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimovu 65 illik yubileyi münasibətilə təbrik edib, sənətkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin töhfələrdən söz açıb. Dövlətin ən ali mükafatlarına layiq görülən görkəmli sənətkara Universitetin Elmi Şurasının qərarı ilə “Fəxri professor” diplomunun da təqdim olunduğunu diqqətə çatdırıb. Elbrus İsayev yubilyara görüşdən xatirə plaketi və NDU-nun Konservatoriyasının “Qədim musiqi alətləri emalatxanası”nda hazırlanan qədim “Çovur” musiqi alətini hədiyyə edib.
Muğam sənətinin görkəmli nümayəndəsi, müxtəlif dövrlərdə 4 dəfə Prezident mükafatına, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, UNESCO səviyyəsində “Yaşayan insan xəzinəsi” adına layiq görülən sənətkar Mənsum İbrahimov muğam sənətinin inkişafında və təbliğində göstərilən dövlət dəstəyindən danışıb. Sənətkar xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən böyük layihələrin, muğam müsabiqələrinin müstəsna rolunu qeyd edib və “Bu gün muğam yeni dövrünü yaşayır” - deyə vurğulayıb. Yubilyar Naxçıvan tamaşaçılarını sevdiyini, burada olmaqdan məmnunluğunu ifadə edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Konsert proqramının bədii hissəsində tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artistləri Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova və həmin müsabiqənin laureatı Gülzar Fərəcovanın ifasında musiqi nömrələri dinlənilib. Eləcə də NDU-nun gənc və istedadlı müəllimləri zərb alətlərində Nəcəf Hacılı, nağarada Munis Əliyev və sintezatorda Səxavət Rəhimovun müşayiəti ilə sənətkar Mənsum İbarhimovun repertuarında yer alan bir-birindən zəngin xalq mahnıları və muğamlardan ifa olunan parçalar alqışlarla qarşılanıb, tamaşıçlarda dərin təəssürat yaradıb.
Tədbir çəçivəsində Naxçıvan ziyalıları adından çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, çıxış üçün Naxçıvan musiqiçiləri adından söz verilən Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədli Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə təbrik edərək onun həyat və yaradıcılığından, muğamlarımızın inkişafındakı xidmətlərindən, yaratdığı ölməz obrazlardan söz açıblar.
Konsert proqramı sonda Mənsum İbrahimovun təkrarsız ifası və tanınmış muğam ifaçıları ilə birgə səsləndirilən “Yaşa mənim xalqım” mahnısının sədaları altında yekunlaşıb.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər