Deputat QHT sədrinə hirsləndi: “Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır" - "Moşşennik”dir"
07-10-2025 [10:52]
İstintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialardan sonra Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin onun barədə dediklərinə etiraz edib.
E.İsmayılov Eldar Quliyevin onu əvvəlcədən tanıdığını, Türkmənistanda sözügedən tədbirdə birgə iştirak etdiklərini bildirib.
Mia.az xəbər verir ki, Eldar Quliyev Pravda.az-a açıqlamasında E.İsmayılovun dediklərini yenidən şər-böhtan adlandırıb.
“Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır. Elmlər doktoru, professoram. 25 ildir, millət vəkiliyəm. Azərbaycanda tanınmış simayam. Ağsaqqallar Şurasının sədriyəm. Eldar İsmayılov avaranın biridir. İndi mənə nə qədər adam zəng edir ki, onlara da medal verib, pul alıb. “Moşşennik”dir. Azərbaycanda bu adam nəçidir? 80-ə yaxın yaşı var. Yalandan deyir ki, Eldar Quliyev Türkmənistana mənimlə gedib. Həqiqətən, bizimlə getməyib, bizimlə də gəlməyib. Qayıdanda mənə dedi ki, keçmiş Krasnovodskdan (indiki Türkmənbaşı) gedəcək. Guya mən Berdiməhəmmədovla görüşdə 18 dəqiqə çıxış edəcəyimi demişəm. Mən çıxışımda Türkmənistanla əlaqələrdən, Turandan danışmışam. Bunlar onunla pul qazanırlar. Biz qazanmırıq ki. Tanınmış ağsaqqallarımızı təltif edirik, fəxri fərmanlar veririk. Mən onun səviyyəsinə düşmək istəmirəm. Bakıda böyümüş adamam, Eldar İsmayılovu heç vaxt tanımamışam. Özünə fond yaradıb. Heç kimə də lazım deyil. Camaatdan pul alıb, medallardan verib. Bir də yaddan çıxarmayın, mən bilirəm ki, qanun var. Medal və ordenləri kimlər verə bilər. Bizim Nizamnaməmizdə döş nişanları var. Bunlar isə ictimai təşkilatdırlar, “moşşennik”lik edib pul qazanırlar. Biz belə şeylərə getmirik”.
Qeyd edək ki, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov deputat Eldar Quliyevin dedikləri ilə bağlı mövqeyi belə olub:
“Ağsaqqal öz müdrikliyi və ağlı ilə fərqlənməlidir. Yalan, paxıllıq və qeyri dürüstlüyü ilə seçilən insanlar var. Vətənini, Dövlətini, Millətini düşünmədən öz “kreslo”sunu düşünən insanlar da var. Belələri olub da cəmiyyət içərisində “biabırçılıq” nüfuzu yaratmaqdansa olmasaydılar kaş ki. Bu gün saytların birində Azərbaycan “Ağsaqqallar” şurasının sədri, Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, “Azərittifaq”ın sədri, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə Türkmənistana birlikdə səfər etdiyim Eldar Quliyevin müsahibəsini gördüm. Oxudum və mat-məəttəl qaldım. Adam deyir, məni tanımır, sadəcə orada səhnədə ani olaraq görüb məni. Halbuki, biz onunla səfərə çıxmamışdan qabaq Bakıda, Türkmənistana gedərkən bütün yol boyu və Türkmənistanda forum qurtaranadək birgə olmuşuq. Hələ mənə çıxışından qabaq “göstəriş” də verdi ki, Eldar müəllim, siz 4 dəqiqə danışarsınız, mənsə 18 dəqiqə danışacam.
Sonda özü 18 dəqiqə yox, heç 4 dəqiqə güclə öz “mükəmməl” rus danışıq tərzi ilə danışa bildi. Mən başa düşürəm ki, insan 4 vəzifə daşımaq üçün ya çox ziyalı və ağıllı olmadır ya bu Eldar Quliyev kimi… Bu insan görəsən düşünmür ki, mənə qara yaxmır, dövləti nüfuzdan salmağa çalışır. Bu gün Azərbaycanda “Ağsaqqal” adı verilən bu adamın heç ağsaqqallıq statusundan, ağsaqqalın böyüklüyündən xəbəri belə yoxdur. Eyibdir Eldar Quliyev, dövlətin verdiyi statusa hörmətsizlik etmək olmaz. Ağsaqqal yalan danışmaz”.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb