Bursa şəhəri susuz qalıb - Şəhəri suyla təmin edən göllər quruyub (FOTOLAR)
07-10-2025 [09:03]
Türkiyənin ən böyük şəhərlərindən olan Bursa quraqlıqla "boğuşur".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhəri suyla təmin edən üç böyük su anbarı (göl) artıq qurumaq həddindədr.
Məlumata görə, quraqlıq səbəbindən göllərdəki suyun səviyyəsi 1 faizdən də aşağı düşərək, 0,54 faizə enib.
Meteorologiya bunun səbəbini son 6 aydakı fövqəladə quraqlıq - yəni, yağışın həddən ziyadə az yağışın olması ilə əlaqələndirib: "Artıq şəhərin Yıldırım, Nilüfer, Osmanqazi, Gürsu və Kestel rayonlarına, eləcə də Mudanyanın bəzi hissələrinə normal su verilişi dayanıb".

Bursa Su və Kanalizasiya İdarəsi yalnız Uludağ Universiteti və xəstəxanalara suyun veriləcəyini açıqlayıb: "Vəziyyət çox pisdir. Şəhərdə ənənəvi su verilişi nə zaman bərpa olunacaq, bəlli deyil. Fakt budur ki, şəhəri təmin edən 3 nəhəng su anbarında indiki rejimlə su verilişi aparsaq, cəmi 10-12 günlük su ehtiyatı qalıb..."
Bursa Uludağ Universiteti Mühəndislik Fakültəsinin Ətraf Mühit Mühəndisliyi bölməsinin professoru Efsun Dindar böhranı iqlim dəyişikliyi, yüksək buxarlanma, artan kənd təsərrüfatı sahələrində, sənaye və məişətdə suya tələbatın artması, israfçılıq və suyun qrafiklə düzgün paylaşmamaq halları ilə bağlayıb:

"Su və Kanalzasiya İdarəsi su ehtiyatının 0.54 faiz həddində qaldığını deyir. Bildiyimə görə, Bursanın Doğancı və Nilüfer su anbarlarlında doluluq nisbəti orta hesabla 3,84 faizdir. Lakin bəli, tezliklə yağış yağmasa 12 günlük su ehtiyatımız var. Müqayisə üçün deyim ki, 10 il əvvəl bugünkü gündə su anbarlarımızda su doluluğu 60 faiz həddində olub. 10 ildə haradan haraya qədər gerilədik..."
Lamiyə Əhmədli
MİA.AZ

"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb