"Əgər Cabir İmanovun həyatda hansısa konkret səhvləri olubsa..." - Deputat
06-10-2025 [12:57]
Əməkdar artist Cabir İmanovun vəhhabi dini təriqətinə mənsub olması barədə yayılan xəbərlər uzun müddətdir davam edən müzakirələri yenidən aktuallaşdırdı. Adətən, idman, biznes, siyasət, media və digər sahələrdə bu təriqətin üzvlərinin sayının artdığı bildirilir.
Mədəniyyət sahəsində də vəhhabiliyin mövcudluğu diqqətləri yenidən bu məsələyə çəkir. Cəmiyyətin sevimlisi olan idman, mədəniyyət və siyasət adamlarının bu təriqətə könül verməsi vəhhabiliyin təsirini gücləndirir.
Burda bir məqam da diqqətdən qaçmamalıdır: İranın Azərbaycana qarşı mövqeyi və son 3-4 ildə aparılan əməliyyatlar, ölkədə şiə təriqətinin mövqeyini xeyli zəiflətdi. Türkiyədən gətirilən və “nurçuluq” adlanan təriqət də son 10 ildə Azərbaycanda təsirini itirib. Bir çox müşahidəçilər iddia edir ki, bu amillər dini sferada balansı dəyişib.
Bunların fonunda vəhhabiliyin genişlənməsi təhlükəli və arzuolunmaz hesab oluna bilərmi?
Mia.az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Globalinfo.az-a açıqlamasında deyib ki, islam dininə aid olan, ona mənsub bütün şəxslər üçün bir terminologiya var – o da “müsəlmanlıq”dır:
“Termin olaraq bütün insanlar bu anlayış altında birləşir. Hər kəsin hansısa bir təriqət və ya məzhəb seçməsi isə şəxsi seçimidir. Amma islam dininin prinsiplərində belə bir tələb və uyğunluq yoxdur. Çünki Qurani-Kərimdə də yalnız bir ifadə işlədilir o da “müsəlman” ifadəsidir. Buna görə də Qurana istinad edən, peyğəmbərin şəxsiyyətini və yolunu referans alan insanlar üçün “vəhhabi”, “sələfi”, “şiə”, “rafizi”, “nurçu” kimi anlayışlar ümumiyyətlə yoxdur. Ancaq müasir dövrdə insanların özlərini bu adlarla tanıtması və təqdim etməsi tendensiyası yarandığına görə, bu, artıq ictimai təhlükəsizlik kontekstində diqqət çəkir. Məsələn, əgər bir qrup şəxs “vəhhabi” adı altında terror təşkilatı qurursa, şəriət dövləti yaratmaq istəyirsə, hüquq-mühafizə orqanları buna reaksiya göstərir. Yaxud da bir neçə şiə İrandan təlimat alaraq terror aktı törədirsə, bu artıq konkret terrorçu qruplaşmadır və din vasitəsilə həyata keçirilən cinayətdir. Dövlət isə bunu təhlükə kimi qəbul edir. Amma mövcud halı bütün sələfilərə, şiələrə və ya digər təriqət üzvlərinə şamil etmək doğru deyil. Çünki kimsə özünü müəyyən adla təqdim edə bilər, amma əgər cəmiyyət üçün təhlükə yaratmırsa, bu anlayış ümumiyyətlə səsləndirilməməlidir”.
Cabir İmanovla bağlı məsələyə gəlincə, deputat qeyd edib ki, bu, həm etik, həm də hüquqi baxımdan doğru deyil:
“Əgər bir insan özü hansısa təriqətə mənsub olduğunu elan etməyibsə, başqalarının ona bu ləkəni yapışdırması əxlaqsızlıqdır. Çünki heç kim başqasının iç dünyasını, inancını oxuya bilməz. Bir bloqer çıxıb hansısa məlumatı paylaşırsa, məsələn, “kim onun cənazə namazını qıldırdı?” deyirsə, yanlışdır. Bunun cəmiyyətə nə aidiyyəti var? Bu tip mövzular cəmiyyətdə qütbləşmə yaradır və məqsədli şəkildə həyata keçirilir. Cabir İmanovla bağlı da, ola bilsin, həyatında səhvləri olub, işlədiyi sistemdə atdığı addımlar müəyyən qruplar tərəfindən qəbul edilməyib. Amma cəmiyyətə gətirdiyi dəyər nədən ibarət idi? O, insanlara gülüş bəxş edirdi, insanları güldürürdü. Cəmiyyətə nə mərsiyə, nə özünə qəsd, nə də terrorizm mesajı verməmişdi. Belə absurd yanaşmalar ancaq bizim cəmiyyətdə mümkündür və bunun səbəbi də təhsilsizlik və savadsızlıqdır. Əgər bir insan özü belə bir şey elan etməyibsə, ona bu damğanı vurmaq Allah qatında da böyük günahlardandır. Üstəlik, əgər bu insanlar cəmiyyətə pozitiv enerji bəxş ediblərsə, onların alternativi nə ola bilər? Kədər, ağlamaq, özünü döymək? Hansı daha faydalıdır? Ona görə də bu məsələlərdə daha ayıq-sayıq olmalıyıq. İslam nöqteyi-nəzərindən yanaşsaq, bu, qeybətdir. Qeybət isə insanın haqqına girmək, onun yaxınlarını, övladlarını incitməkdir. Bir insan dünyasını dəyişibsə, onun haqqında əsassız yarlıq yapışdırmaq nə islama, nə insan haqlarına, nə də milli adət-ənənələrimizə uyğundur”.
Fazil Mustafa deyib ki, əgər Cabir İmanovun həyatda hansısa konkret səhvləri olubsa – məsələn, vəzifədə ikən kiməsə qarşı zorakılıq edib, səlahiyyətlərini aşıbsa, bu, hüquqi çərçivədə müzakirə edilə bilər:
“Amma bütövlükdə insanı yalnız düşüncəsinə və ya dini kimliyinə görə damğalamaq absurd yanaşmadır. Bu, bütün qütblər üçün keçərlidir. Kiminsə şiə, sələfi, vəhhabi və ya əhli-beyt aşiqi olması fərq etməz. Problem ondan qaynaqlanır ki, bəziləri dini anlayışlardan istifadə edərək islamı təhrif edirlər. Cabir İmanov isə pozitiv xarakterli bir sənət adamı idi. Şəxsi tanışlığım olmayıb, amma üslubundan görünürdü ki, o, cəmiyyətə müsbət enerji, yumor və müəyyən tənqidlər çatdırırdı. Ona görə də bu cür insanlara yanaşarkən daha obyektiv olmalıyıq”.

Fazil Mustafa
İrana gəlincə isə, Fazil Mustafa vurğulayıb ki, Azərbaycan cəmiyyətində bu ölkəyə qarşı neqativ münasibət təsadüfi yaranmayıb:
“Səbəb odur ki, İran Ermənistanı dəstəklədi. Müharibə dövründə qoşunlarını sərhədimizə yığaraq bizi təhdid etdi. Belə bir dövləti Azərbaycan cəmiyyəti necə müsbət qarşılaya bilər? Azərbaycanda şiəliyə münasibətdə də iki fərqli baxış var: Azərbaycana bağlı şiəlik – sadəcə ibadətlə məşğul olan, dövlətin qanunlarına tabe olan və Azərbaycan xalqına bağlı yüz minlərlə insandır. Onlarla bağlı heç bir problem yoxdur.
İran yönlü şiəlik – Qum, Məşhəd və Kərbəla mərkəzlərində formalaşaraq xüsusi xidmət orqanlarının təsiri altında Azərbaycanda təxribat aparan, sosial şəbəkələrdə İran dəyərlərini təbliğ edən qruplardır. Bu isə artıq dini yox, siyasi və casus şəbəkəsidir.
Bu iki yanaşmanı fərqləndirmək vacibdir. Ona görə də “Azərbaycanda şiəlik zəifləyib” kimi ifadələr doğru deyil. Azərbaycana bağlı şiələr barədə heç bir problem mövcud deyil. Problem yalnız İrandakı rejimi burada qurmaq istəyənlərə aiddir. Azərbaycan üçün əsas meyar nədir? Qanunlara tabe olmaq və Azərbaycanı sevmək. Bir insan hansı inanca mənsub olmasından asılı olmayaraq, vətəni üçün mübarizə aparırsa, şəhid olursa, o, bizim üçün ən əziz azərbaycanlıdır.
Qarabağda şəhid olan yəhudi də, xristian Denis də bizim üçün ən böyük azərbaycanlıdır. Eləcə də digər azsaylı xalqların nümayəndələri Azərbaycan uğrunda canlarını fəda ediblər. Onlara başqa ad vermək olmaz”.
Son olaraq deputat əlavə edib ki, kimsə separatçı fəaliyyətlə məşğuldursa, dar düşüncəli çevrəyə xidmət edirsə, bu artıq təhlükədir:
“Əks halda, Azərbaycanda yaşayan, qanunlara tabe olan hər kəs bizim baş tacımızdır”.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb