Azərbaycanda yayılan dabaq xəstəliyi: əlamətləri və... - Ekspertdən xəbərdarlıq
02-10-2025 [17:15]
Son günlərdə Azərbaycanın şimal bölgələrində dabaq (digər adıyla dabbaq, yəni çürük, xarab olmuş ət) xəstəliyinin yayılması müşahidə olunur. Xəstəliyin sürətlə yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb. Hazırda aidiyyəti qurumlar xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görür.
Mia.az-ın məlumatına əsasən, məsələ ilə bağlı aqrar sektor üzrə ekspert Akif Nəsirli Bizim.Media-ya bildirib ki, dabaq xəstəliyi (elm. afta epizootiyası) yoluxucu virus xəstəliyidir və əsasən iri buynuzlu heyvanlarda (inək, camış), xırdabuynuzlu heyvanlarda (qoyun, keçi) və donuzlarda rast gəlinir. Azərbaycanda da vaxtaşırı şimal bölgələrində yayılması müşahidə olunur.
“Bu xəstəliyin fəsadları qaçılmazdır: məhsuldarlığın kəskin azalması – süd verimi 50–70% aşağı düşə bilər. Ağız boşluğunda, dırnaqlarda və bəzən cinsiyyət orqanlarında yaralar əmələ gəlir, heyvan yem yeyə bilmir, hərəkəti çətinləşir. Bala heyvanlar çox vaxt xəstəliyə tab gətirmir. Həm məhsuldarlıq itkisi, həm də ticarət məhdudiyyətləri (xəstəlik olan ərazidən canlı heyvan ixracına qadağa qoyulur) kənd təsərrüfatına ciddi ziyan vurur”.
Ekspert bildirdi ki, xəstəlikdən ən effektiv qorunma üsulu vaksinasiyadır, davamlı peyvənd kampaniyaları aparılmalıdır. Həmçinin tövlələrin, alətlərin, nəqliyyat vasitələrinin dezinfeksiyasını həyatta keçirmək lazımdır. Yoluxmuş və yoluxma şübhəsi olan təsərrüfatlar dərhal təcrid olunmalıdır.
A.Nəsirlinin sözlərinə görə, dabaq xəstəliyində spesifik müalicə yoxdur, əsasən simptomatik yardım (ağız və dırnaqlardakı yaraların təmizlənməsi, antiseptiklər, vitaminlər) göstərilir. Xəstəlik xəstə heyvanların ifrazatları ilə çirklənmiş yem, su, qulluq əşyaları, çiy süd və ondan hazırlanmış məhsullar, xəstə heyvanın çiy əti, gəmiricilər, həşəratlarla yayılır.
Heyvan ətinin dabaq olub-olmadığını istifadə zamanı bilmək asandır: ət kəskin, turşumuş və ya çürük qoxu verirsə, boz, yaşıl, sarımtıl və ya tünd rəngə çalırsa, üzərində ləkələr, qan laxtaları və ya qəribə rəng dəyişiklikləri varsa, yapışqan, seliklidirsə, deməli dabaq heyvanın ətidir.
Ona görə də mütəxəssislər xəbərdarlıq edirlər ki, veterinar möhürü olmayan və ya güvənilməyən qəssabdan ət alınmamalıdır.
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb