“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
30-09-2025 [17:20]
İnnovasiya və sürət lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir.
Mia.az xəbər verir ki, tədbirin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller “FinTex və telekommunikasiya sahələri arasında sinerji” mövzusunda panel müzakirəsində iştirak edib.
“Özbəkistan Respublikasının Fintex Assosiasiyası”nın inkişaf üzrə rəhbəri və idarə heyətinin sədri Nargis Dustmatovanın moderatorluğu ilə keçirilən tədbirə Klaus Müller ilə yanaşı, “Birbank”ın gündəlik bank ofisinin rəhbəri Zakir Xanməmmədov, “Freedom Telecom International”ın baş icraçı direktoru Yohannes Hummer və “GoldenPay”ın baş icraçı direktoru Eynar Abdullayev qatılıb.
Paneldə çıxış zamanı Klaus Müller “Bakcell”in innovativ biznes yanaşması, süni intellekt və rəqəmsal həllərin məhsul və xidmətlərdə tətbiqi barədə ətraflı məlumat verib. O, xüsusilə “Bakcell”in ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə tərəfdaşlığını vurğulayaraq, bu əməkdaşlığın innovasiyaya əsaslanan və yüksək funksionallığa malik xidmət modelinin formalaşmasına imkan yaratdığını qeyd edib. Bu tərəfdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslərin Azərbaycanın innovasiya və rəqəmsal maliyyə xidmətləri ekosistemində yeni yanaşma gətirdiyi bildirilib. Sessiyada, həmçinin böyük məlumatların və süni intellekt modellərinin tətbiqinin hər iki sahənin inteqrasiyasına əlavə dəyər qatacağı vurğulanıb. “Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində dayanıqlı fəaliyyətini davam etdirir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb