Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
30-09-2025 [15:52]
Daha çox qazanc əldə etmək və yeni avanqard ideyalarla çıxş edərək bazarda öz yerini möhkəmləndirmək hər bir biznesin əsas faəliyyət dairəsidir və bu çox təqdirə layiqdir.
Ancaq bu o halda keçərlidir ki, həmin biznes sahəsi öz fəaliyyəti ilə ölkə vətəndaşlarını pis vərdişlər təlqin etməsin, millətin gələciyini faciələrə yönləndirməsin və xalqın mental dəyərlərini, əxlaq və mənəvi normalarını korlayaraq sağalmaz yara vurmasın. Bu baxımdan “Misli”nin “50 qəpiklə cekpot şansı!” adlı yeni başlatdığı onlayn layihə narahatlıq doğurur.
Söhbət hər şeydən əvvəl onlayn platformada “lotereya” adı altında əslində qumarın bu qədər əlçatan edilməsindən, yayğınlaşmasından və bunun cəmiyyətə təsirindən gedir. Bilirik ki, asan yolla pul qazanmaq bütün zamanlarda kütləyə narkoz kimi təsir edib və qumar, o cümlədən insan alveri tarixin yaranışından mövcuddur. Onu da bilirik ki, qumar bizim mentalitetimizdə hər zaman ən pis vərdişlər arasında yer alıb və bu gündə almaqdadır. Çünki qumar alışqanlığının yıxdığı evlər, söndürdüyü ocaqlar heç də narkotik alışqanlığından geri qalmır. Yəni əslində şans oyunları dediyimiz qumar oyunları hər bir cəmiyyət üçün ən azı narkotik bağlılıq qədər təhlükəlidir və normalda bu oyunlar da narkotik alveri kimi qadağan olunmalıdır. Buna baxmayaraq bu gün şans oyunları (qumar) “misli.az” kimi platformalarda, o cümlədən ölkənin demək olar ki, bütün onlayn platformalarında və tele məkanında açıq şəkildə reklam olunur…

Əlbəttə ki, “Misli” deyə bilər ki, bu qumar deyil, lotereyadır. Amma bildiyimiz lotereya ayda, ya da uzağı həftədə bir dəfə biletlər satılmaqla oynanılır. Əgər biri fiziki, ya da hüquqi şəxs olaraq 4 milyonluq şəhərin hər küçəsində, hər gediş-gəlişli yerində “poz-qazan” masası qoyubsa, bu artıq lotereya deyil, məhz qumardır, daha doğrusu hər yerdə açıq fəaliyyətdə olan səyyar kazinodur. Bunun başqa adı yoxdur və biz düşünmürük ki, Milli Məclis səviyyəsində “Azərlotereya”ya mərc oyunları həyata keçirmək icazəsi verilndə, bu şirkətin hər bir küçədə bir neçə “mini kazino” açacağı nəzərdə tutulub. Bu baxımdan bu gün “Azərlotereya”nın “Misli” platforması ilə həyata keçirdiyi fəaliyyət tamamilə qanunsuzdur və hesab edirik ki, bununla bağlı hüquq mütəxəssiləri, o cümlədən qurumlar öz şərhlərini verməlidir.
“Misli”nin “50 qəpiklə cekpot şansı!” adıyla başlatdığı yeni onlayn layihəyə gəlincə isə, deməliyik ki, bu artıq “Misli”nin pul qazanmaq naminə insanları şirnikləşdirmək üçün baş vurduğu ən son səviyyədir. Qeyd edək ki, “50 qəpiklə cekpot şansı!” adlı onlayn “kazino”da iştirakçılara hər 5 dəqiqədən bir oynamaq haqqı tanınır ki, bu da əslində “loterya” pribsiplərinə deyil, məhz “kazino” prinsiplərinə uyğundur. Bununla faktiki olaraq “qumar” daha da əlçatımlı və cəlbedici edilib. Xatırladaq ki, “Misli.az”ın oyunçulara təqdim etdiyi “Iştirakçi müqaviləsi” də tam olaraq kazino qaydalarına uyğun tərtib olunub və burda hər hansı “loterya” qaydalarından danşmaq belə yersizdir.
Xatırladaq ki, bundan əvvəl “Misli” 1 manatlıq, ya da 5 manatlıq kimi oyunları ilə də eyni məzmunlu olub və son olaraq hər “gedişi” 5 dəqiqə zaman fasiləsi ilə 50 qəpiyə endirməklə əslində yeniyetmələr üçün belə qumarı əlçatan edib. Bu isə açığı gələcəyimiz üçün faciəvi vəziyyət yaradır.
Əlbəttə ki, “Misli.az” deyə bilər ki, oyunlara qatılmaq üçün yaş həddi 18 olaraq müəyyənləşdirilib. Əvvəla, çox aşağı gediş haqqıyla və cəlb edici uduşla 18 yaşında bir gənci qumara sövq eləmək nə qədər doğrudur? Yəni 18 yaşlı bir gənclə 16 və ya 17 yaşlı yeniyetmənin yetkinlik psixologiyasında hansı böyük fərq var?
Digər tərəfdən bilirik ki, indiki texnoloji bilik səviyyələri ilə hətta 12-15 yaşlı yeniyetmələr belə 50 qəpiklik qumarı oynamaq üçün yol tapmaq imkanlarına malikdirlər və onların da saxta məlumatlarla qeydiyyatdan keçməsi üçün platformada elə ciddi məhdudiyyət və texniki maneə yoxdur.

Bu baxımdan qeyd etməliyik ki, “Misli.az” özünün “mini onlayn kazinolarına” əlçatımlılığı bu qədər asanlaşdırmaqla əslində yeni nəsli “qumarbaz”a çevirməyi hədəfləyir. Bizcə bu təhlükədən istər cəmiyyətimizin aparıcı qüvvələri, istərsə də dövlət qurumları narahat olmalıdırlar…
Qeyd edək ki, məsələ ilə bağlı Poliqon Misli.az-a sorğu ilə müraciət edib. Corğumuza cavab alan kimi, qarşı tərəfin mövqeyini dərc edəcəyik.
Poliqon.info
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb